Icma.az
close
up
RU
San Marinoya da yox da!

San Marinoya da yox da!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yığmamız bu gün növbəti, daha dəqiqi, sonuncu yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Komanda Malta ilə qarşılaşdığı stadionda bu dəfə San Marino ilə üz-üzə gələcək. Düzdü, bu rəqib FİFA reytinqində Maltadan da aşağıda – 211-ci sırada qərarlaşıb. Yəni bizimkilərin bu “cırtdan”ı məğlub etməsi ehtimalı daha yüksəkdi. Ancaq ilk oyunda ümidlər elə qırıldı ki, indi qələbəyə tam inanmaq olmur! O başqa məsələ ki, söhbət millidən gedir və bu üzdən yığmamıza ikinci şansı verməkdən başqa çarəmiz yoxdu.

Xatırladaq ki, oyun “CBC Sport”un efirində canlı yayınlanacaq.
Yoldaşlıq oyunu
Azərbaycan – San Marino

Hakimlər: MARTON RUŞ, Balaş Şert, Balaş Şalai, Bençe Çsonka (hamısı Macarıstan).
Sombathey, “Haladaş” stadionu. Saat 22.00.
Öz aramızdı, San Marionun əksər futbolçuları legioner həyatı yaşayır. Zarafat deyil, söhbət 18 oyunçudan gedir. Düzdü, onlar adlı-sanlı klublarda çıxış etmir. Ancaq təkcə bu statistika komandanın inkişaf istəyini ortaya qoyan amillərdəndi. Bununla belə, millimizi çətın sınağın gözlədiyini iddia edə bilmərik. Hadisələrin axarında bir maneə ortaya çıxmasa, yığmamız Avstriya toplanışını uğurla başa vuracaq və Millətlər Liqasından əvvəl keçirmiş olduğu son oyunda psixoloji durumunu yaxşılaşdıracaq. Həmçinin Ayxan Abbasovun bu dəfə fərqli start heyətinə üstünlük verəcəyi gözlənilir. Axı bir çox təcrübəli oyunçu Maltaya qarşı oyunda forma geymədi.
Maraq üçün bildirək ki, milli komandaların qarşılaşmasında indiyə qədər San Marinoya uduzmamışıq. Bu rəqibi dünya çempionatının seçmə mərhələsində 2016-cı ildə 1:0, 2017-ci ildə 5:1 hesabıyla məğlub etmişik. U-19 yığmamız da San Marinodan olan həmyaşıdlarına zəfər sevinci yaşatmayıb. Belə ki, Avropa çempionatının seçmə mərhələsində keçirilən qarşılaşmalarda 2002-ci ildə 3:0, 2008-ci ildə 5:0, 2019-cu ildə isə 2:0 hesabları qeydə alınıb. İndi milli bu uğurlu seriyanı davam etdirməli, rəqibin Azərbaycan tilsimini qırmasına imkan verməməlidi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri