San Siro nun satışı ilə bağlı araşdırma başladıldı
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2 gün əvvəl İtaliya maliyyə polisi "San Siro" stadionunun "İnter" və "Milan"a 200 milyon avroya satılması ilə bağlı araşdırma çərçivəsində Milan Şəhər Şurasının ofislərinə basqın edib .
QOL.az xəbər verir ki, bu haqda "Football İtalia" məlumat yayıb. Məmurlar gizli sövdələşmə və tender saxtakarlığında şübhəli bilinirlər. Müsadirə edilən əşyalar arasında kompüterlər və mobil telefonlar da var.
Həmçinin, "İnter"in keçmiş baş direktoru Alessandro Antonelli və "Milan"ı idarə edən "Sport Life City"nin prezidenti Cüzeppe Bonomi də daxil olmaqla, doqquz nəfərlə bağlı araşdırma aparılır.
Onların məxfi məlumatları ötürdükləri, "İnter" və "Milan"la sövdələşmələri asanlaşdırmaq üçün pərdəarxası işlər gördükləri və bununla da ədalətsiz rəqabət yaratdıqları iddia edilir.
"Milan" və "İnter" klub olaraq istintaq altında deyillər, lakin stadionu idarə etmək üçün yaradılan və hər iki klubun birgə sahib olduğu MI şirkətində də axtarışlar aparılıb.
Baxış sayı:106
Bu xəbər 02 Aprel 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















