Icma.az
close
up
RU
Sanatoriya müalicəsi ilə bağlı YENİ QƏRAR

Sanatoriya müalicəsi ilə bağlı YENİ QƏRAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təqsirkar işəgötürən yenidən təşkil edildiyi halda əlilliyi olan şəxslər onun hüquqi varisi tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.

Növbə çatdıqda Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzi tərəfindən sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə əlilliyi olan şəxsin, əlilliyi olan uşaqlara münasibətdə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş günü əvvəl məlumat
göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş günü əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Əlilliyi olan şəxs (qanuni nümayəndə) məlumatı aldıqdan sonra 3 (üç) iş günü ərzində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini məlumatlandırmalıdır. Əlilliyi olan şəxs (qanuni nümayəndə) sanatoriya-kurort putyovkası(yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra il ərzində iki dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini bu Qaydada nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə növbədən çıxarılır və əlilliyi olan şəxsin (qanuni nümayəndənin) əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir.

Növbədən çıxarılmış əlilliyi olan şəxs (qanuni nümayəndə) növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə götürülmək üçün Xidmətlər Agentliyinin yerli qurumuna və ya Təminat Agentliyinin “DOST” mərkəzinə müraciət edə bilər. Qərara əsasən, orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin, həmçinin əlilliyi olan uşağın müşayiətçiyə ehtiyacı olduqda, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsi və ya əlilliyi olan uşağı müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları qurum tərəfindən təmin olunurlar.

Əlilliyi olan uşağın müşayiətçisi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və ya valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər də müəyyən oluna bilərlər. Əlilliyi olan uşağın valideyninin (digər qanuni nümayəndəsinin) və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin Xidmətlər Agentliyinin yerli qurumları və ya Təminat Agentliyinin “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu müddət ərzində bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol verilir. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları və “Geri qayıtma” talonunu müalicə başa çatdıqdan sonra 30 (otuz) gün müddətində aidiyyəti quruma təqdim edir.

XidmətləAgentliyinin yerli qurumu və ya Təminat Agentliyinin “DOST” mərkəzi daxil olmuş məlumatları 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsisteminə daxil edir və həmin məlumatlar avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatda əks olunur və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin olunur. İşləyən əlilliyi olan şəxslərə münasibətdə isə “Geri qayıtma” talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun təmin edilir.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri