Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

“Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər” Video

“Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər” Video

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Buzovnada yerləşən sanatoriya mərkəzində qapının şüşəsi qırılaraq 7 yaşlı oğlumun üzərinə tökülüb. Mərkəzdən mənə zəng edərək şüşənin pulunu ödəməyimi tələb etdilər”.

Bu şikayətlə “Qafqazinfo”ya uşağın atası Camal Əkbərov müraciət edib.

Şikayətçinin sözlərinə görə, hadisə böyük oğlunun 5-ci sinfi başa vurması münasibətilə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində təşkil olunan tədbir zamanı baş verib: “Balaca oğlum ayaqyoluna getmək istəyib. Yerini soruşanda bağban içəridə olduğunu göstərib. Uşaq qapıya yaxınlaşarkən bağlanıb, o isə qapanmaması üçün əlləri ilə saxlamaq istəyib. Bu zaman qapının lay şüşəsi çatlayaraq xıncım-xıncım olub və onun üzərinə tökülüb”.

C.Əkbərov iddia edib ki, hadisədən sonra sanatoriya rəhbərliyi tərəfindən onunla əlaqə saxlanılaraq qırılan şüşənin pulunun ödənilməsi tələb olunub: “Mən isə bu tələblə razılaşmadım. Əgər həqiqətən uşağın günahı olsaydı, ziyanı ödəməyə hazır idim. Amma uşaq şüşəyə nə daş atıb, nə də top vurub. Sadəcə bağlanmaq üzrə olan qapını əli ilə saxlamaq istəyib və şüşə çatlayıb. Düşünürəm ki, şüşədə əvvəlcədən hər hansı çat və ya qüsur olub, çünki 7 yaşlı uşaq əli ilə belə bir şüşəni necə qıra bilər? Hətta çatlayan şüşə oğlumun əlini kəsmişdi. Ciddi nə isə olmadığı üçün ekspertizaya aparmadıq. Bəs şüşə oğlumun damarını kəssəydi, necə olacaqdı?”

Vətəndaş tələblə başda razılaşmasa da, sonda tələb olunan məbləği ödədiyini deyib: “Məni ora çağırdılar. Mərkəzin baş direktoru Mürsəl Mürsəlov hadisəyə görə mərkəzə 80 AZN zərər dəydiyini, məndən isə bunun yarı faizini (40 AZN) ödəməyimi tələb etdi. Nəticədə, həmin məbləği ödəməli oldum”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi: “23.06.2026-cı il tarixində saat 20:00 radələrində müəssisəmizdə baş vermiş hadisə ilə bağlı bildiririk ki, video-müşahidə kameralarının görüntülərinə əsasən, azyaşlı uşaq valideyninin nəzarətindən kənarda müəssisənin daxilində yerləşən sanitar qovşağa yaxınlaşaraq giriş qapısının şüşə hissəsini itələməklə qapını açmağa cəhd edib. Bu zaman qapının paket şüşəsinin (ikiqat şüşənin) bir qatında çat əmələ gəlib və həmin hissə sınıb.

Hadisədən dərhal sonra müəssisənin əməkdaşları tərəfindən uşağa diqqət göstərilib, vəziyyəti nəzarətə götürülüb və pediatr həkim tərəfindən müayinə aparılıb. Müayinə nəticəsində uşağın sağlamlıq vəziyyətində hər hansı xəsarət və ya problem müəyyən edilməyib.

Növbəti gün valideyn müəssisəyə dəvət olunub, onunla görüş keçirilib və video-müşahidə görüntüləri əsasında hadisənin başvermə şəraiti ətraflı izah edilib. Görüş zamanı hadisənin başvermə səbəbləri qarşılıqlı şəkildə müzakirə olunub.

Qapının zədələnməsi ilə bağlı dəymiş maddi zərər hesablanarkən müəssisə tərəfindən yalnız təmir xərclərinin bir hissəsinin qarşılanması təklif olunub. Bu məsələ tərəflər arasında qarşılıqlı razılıq əsasında həll edilib və bununla bağlı hər hansı əlavə tələb irəli sürülməyib.

Bir daha qeyd edirik ki, hadisə nəticəsində azyaşlının sağlamlığına hər hansı zərər dəyməyib və müəssisə tərəfindən hadisəyə operativ reaksiya verilərək bütün zəruri tədbirlər həyata keçirilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri