Sançes: Qəzzadakı soyqırımın əsas səbəbkarları tezliklə cavab verməlidir
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın baş naziri Pedro Sançez Qəzzada sülhün İsrailin cəzasız qalması anlamına gəlmədiyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, İspaniyanın “Cadena Ser” radiostansiyasına müsahibə verən Sançez Qəzzada sülh üçün “bir fürsət pəncərəsinin açılmasından” məmnun olduğunu bildirib.
Sançez Qəzzada zorakılığa son qoyulmasının və iki dövlət arasında açıq dialoq imkanlarının yaradılmasının vacib olduğunu, lakin cəzasızlığa yol verilməməli olduğunu bildirib. "Sülh unutmaq və ya cəzasızlıq demək deyil. Qəzzada törədilən soyqırımın əsas aktorları ədalət qarşısında cavab verməlidirlər".
Sançes iki dövlətli həll yolunu dəstəklədiyini təkrar edərək, bildirib ki, işğal altındakı İordan çayının qərb sahili unudulmamalıdır və Avropa Qəzzanın yenidən qurulmasına dəstək və nəzarət etməlidir.
Sançes İsrailə qarşı silah embarqosunun Qəzzada sülh möhkəmlənənə qədər davam edəcəyini qeyd edib və İspaniyanın sülhməramlı qüvvə kimi Qəzzaya əsgər göndərməsi ehtimalını istisna etməyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















