Icma.az
close
up
RU
Saniyələr içində kart hesabınız boşala bilər! DİNdən vacib XƏBƏRDARLIQ

Saniyələr içində kart hesabınız boşala bilər! DİNdən vacib XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Son vaxtlar internet üzərindən dələduzluqlar artıb. Dələduzlar müxtəlif üsullarla insanların şəxsi məlumatlarını, maliyyə vəsaitlərini və ya digər dəyərli resurslarını ələ keçirməyə çalışırlar. Bəs cəmiyyətin bu cür "tor"lara düşməməsi üçün hansı işlər aparılır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirdi ki, DİN tərəfindən kiberdələduzluqla mübarizə istiqamətində əməliyyat-texniki tədbirlərlə yanaşı maarifləndirmə, təbliğat-təşviqat işləri də həyata keçirilir:

"Maarifləndirmə tədbirləri çərçivəsində respublikanın şəhər və rayonlarında ərazi polis orqanları tərəfindən ali və orta təhsil müəssisələrində mütəmadi olaraq kibertalamalara qarşı mübarizə üsulları ilə bağlı görüşlər təşkil olunur. Eyni zamanda vətəndaşlarla, xüsusən yaşlı nəslin nümayəndələri ilə də söhbətlər aparılır, üzləşə biləcəkləri kibertəhlükələrlə bağlı zəruri məlumatlar verilir.

Vətəndaşların kiberdələduzluqla bağlı məlumatlı olması üçün DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı “Kiberinfo” adlı səhifələri fəaliyyət göstərir və “Avto FM” radiosunda eyni adlı veriliş yayımlanır".

Polis leytenantı vətəndaşlara naməlum şəxslərdən gələn zəng, mesajlara cavab vermək, linklərə daxil olmaq barədə xəbərdarlıq etdi.

"Vətəndaşların əmin olmadıqları linklərə daxil olaraq orada yerləşən müvafiq xanaları doldurması, şəxsi və bank kartı məlumatlarını, yəni kartın üzərindəki 16 rəqəmli kodu, CVV, 3D təhlükəsizlik kodu və kartın bitmə tarixini tanımadıqları şəxslərə verməsi saniyələr içində kartdakı maddi vəsaitin oğurlanmasına və onların kiberdələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Bir daha vətəndaşlarımıza kiberdələduzların qurbanı olmamaq üçün onların etibarından sui-istifadə edən, saxta vədlər verən şəxslərə qarşı diqqətli olmağı tövsiyə edirik", - deyə Lumu İsrəfilli bildirdi.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri