Sanki güzgüdə özümə baxıram: Mbappedən maraqlı yanaşma FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Londondakı Madam Tyusso mum muzeyi Mbappenin fiquru ilə poza verdiyi video yayımlayıb.
Milli.Az xəbər verir ki, aprelin 4-də nümayiş etdiriləcək. Mbappenin fiqurunun Kriştiano Ronaldo və Devid Bekhemin, həmçinin Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemiltonun heykəllərinin yanında yerləşəcəyi bildirilir.
Mbappe mətbuata verdiyi açıqlamada mum fiqurunu bəyəndiyini bildirib.
"Bu mənəm! Heyrətamiz, möhtəşəm! Bu fiquru yaradan rəssamlar inanılmaz dərəcədə istedadlıdırlar. Saç düzümü, poza - hər şey mükəmməldir. Sanki güzgüdə özümə baxıram. Bu mümkün deyil!
Bu, böyük şərəfdir. Yekun nəticəni görəndə çox şadam. Bu mənim üçün vacib gündür.
Mən bu şəhəri ziyarət etməyi, yerli yeməkləri sınamağı, mədəniyyətlə tanış olmağı sevirəm... Səyahət etmək həmişə gözəldir və London dünyanın ən yaxşı şəhərlərindən biridir", - Mbappe qeyd edib. (Publika.az)
Milli.Az
Baxış sayı:172
Bu xəbər 28 Mart 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















