Icma.az
close
up
RU
“Sanki Pəncəli Leyla və Arzu xanımın doğma qardaşıdır” Video

“Sanki Pəncəli Leyla və Arzu xanımın doğma qardaşıdır” Video

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

“Qafqazinfo”nun məlumatına görə, Milli Qəhrəmanın anası Vahimə Ağayeva görüşdən sonra təəssüratlarını “Real TV” ilə bölüşüb:

“Leya və Arzu xanım mənim doğma balamdır. İkisi də elə bil burada böyüyüblər, sanki Pəncəli onların doğma qardaşıdır. Pəncəlinin muzeyini ziyarət etdilər, şəkillərə baxdılar”.

Leyla və Arzu Əliyevalar şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçirib, burada Pəncəli Teymurovun xatirə kitabına bu sətirləri yazıblar:

“Bu müqəddəs məkan yalnız bir qəhrəmanın deyil, bütöv bir xalqın tarixini, iradəsini və mübarizə ruhunu yaşadır.

Burada olmaq böyük şərəfdir. Pəncəli Teymurov Azərbaycan üçün canından keçən igid oğullarımızdan biridir.

Azərbaycan xalqı öz qəhrəmanlarını uca tutur və onların ruhuna böyük ehtiramla yanaşır. Bu gün müstəqil və qüdrətli Azərbaycanda yaşamağımız məhz belə saf niyyətli, cəsur insanların sayəsində mümkün olub”.

Vahimə ana oğluna Milli Qəhrəman adı verildiyini öyrənəndən sonra keçirdiyi hissləri belə dilə gətirib:

“Gedib Pəncəlinin məzar daşı ilə üz-üzə qaldım. Dedim namuslu, qeyrətli oğlum, öz canını bu vətən, torpaq yolunda vermişdin. Səni təzə adınla təbrik edirəm, rahat uyu, oğlum!

Prezidentimiz təkcə bir şəhid anasını yox, bütün Azərbaycanı sevindirdi. Əgər Pəncəlini itirib qəm içində idimsə, amma bu xəbər həqiqətən məni sevindirdi”.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 2016-cı il Aprel döyüşləri zamanı şəhid olub.

2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri