Icma.az
close
up
RU
“Sanki tələsirdi...” Gəncədə şəhid olan Tunarın anasından ürəkdağlayan XATİRƏ

“Sanki tələsirdi...” Gəncədə şəhid olan Tunarın anasından ürəkdağlayan XATİRƏ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi ünvanlar insan üçün sadəcə bir məkan deyil. Orada yaşananlar həmin yeri yaddaşın bir parçasına çevirir. Gəncədə də elə bir ünvan var ki, 2020-ci il oktyabrın 4-dən sonra bir ana üçün zamanın dayandığı yerə çevrilib. Vətən müharibəsinin ilk günlərində Gəncəyə endirilən raket zərbəsi nəticəsində həyatını itirən 20 yaşlı Tunar Əliyevin şəhid olduğu məkan bu gün də onun anası Validə Əliyevanın yaddaşında həmin günün ağrısı ilə yaşayır.

Altı il əvvəl burada bir gəncin həyatı yarımçıq qaldı. Onun ailəsi üçün isə həmin andan etibarən başqa bir həyat başladı, Tunarın yoxluğu ilə yaşamaq, onun xatirəsini qorumaq və hər il oktyabrın 4-də həmin günə qayıtmaq...

Validə ana oğlunun sonuncu dəfə evdən çıxmasını xatırlayanda illər əvvəl baş verənləri sanki yenidən yaşayır. Tunar həmin gün evdən çıxarkən anası onun bir neçə saat sonra şəhid xəbəri ilə üzləşəcəyini düşünə bilməzdi.
“Həmin gün Tunar öz maşını ilə əsgərlərə dəstək olmağa, gücü çatan yardımı etməyə gedəcəkdi. O ərəfələrdə söz-söhbətlər eşidirdik ki, düşmən Gəncəni hədəf almaq istəyir. Sübh tezdən oyandı, hazırlaşıb evdən çıxdı. Heç səhər yeməyini belə yemədi, sanki tələsirdi. Bir müddət sonra dəhşətli partlayış səsi eşitdik. O an özümdən asılı olmadan qışqırdım ki, “Tunar şəhid oldu” partlayış evimizə çox yaxın məsafdə olmuşdu. Həmin istiqamətə getmək istəyəndə qonşular mənə icazə vermədilər, dedilər heç kəsə zərər dəyməyib. Evə gələndə gördüm ki, hər kəs bizim məhləyə toplaşıb. Ancaq mən saatlar sonra bildim ki, Tunar şəhid olub”, – deyə Validə ana o günü həyəcanla xatırlayır. 

Gəncə həmin gün müharibənin ən ağır üzünü gördü. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə raket atəşinə tutuldu. Sakinlər üçün adi bir gün bir neçə dəqiqənin içində həyat mübarizəsinə çevrildi. Bir nəfər öldü, otuz iki nəfər mülki şəxs yaralandı. Şəhərin mülki infrastrukturuna və yaşayış evlərinə ciddi ziyan dəydi. 

Ana üçün oğlunun yoxluğu heç vaxt dolmayacaq bir boşluqdur. Amma onun ən böyük təsəllisi Tunarın canından keçdiyi Vətənin bu gün bütöv və suveren olmasıdır. Tunarın adı isə artıq yalnız bir ailənin xatirəsində deyil. O, Gəncənin 2020-ci ilin oktyabrında yaşadığı faciənin yaddaşına həkk olunmuş adlardan biridir.

Validə Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını şəhid analarının ən böyük qürur mənbələrindən biri kimi dəyərləndirir. O, şəhid ailələrinə göstərilən diqqətə görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirir.

Xatırladaq ki, Vətən müharibəsinin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla 175 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. /azertag.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri