Icma.az
close
up
RU
“Sanki uduzmağa çıxmışdılar, qələbə qazanmağa yox” Santuş

“Sanki uduzmağa çıxmışdılar, qələbə qazanmağa yox” Santuş

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti ilə keçirilən yoldaşlıq görüşündən sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:3 hesablı məğlubiyyətin ardından jurnalistlərin suallarını cavablandırıb:

- Bu heyəti yuxunuzda görsəydiniz, heyəti dəyişərdiniz?

- Əlbəttə, dəyişərdim. Sanki komanda meydana məğlub olmağa çıxmışdı, qələbə qazanmağa yox. Əslində, kollektiv məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Oyundan sonra çox şey demək olar. Birinci hissədə daha yaxşı idik. Qol epizodlarımız oldu, vura bilmədik. Fasilədən sonra isə hücum xətti üçün yeni oyunçular buraxdıq. Cinah ötürmələrindən yararlanmaq niyyətində idik. Yarımmüdafiədəki dəyişiklik də intensivliyi artırmaq üçün idi. Amma buraxdığımız ikinci qoldan sonra komanda ruhdan düşdü. Futbolçular nələrsə etməyə çalışdılar, amma alınmadı.

- Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq görüşündə meydandan qovuldu. Necə şərh edərdiniz?

- Elvinin özü ilə söhbət etdim. Hətta bunun yolverilməz olduğunu ona bildirdim. Amma bir şeyə görə oyunçunu öldürə də bilmərik.

- Qarşıda Belarusla görüş var. Həmin matçda heyətdə dəyişikliklər edəcəksiniz? Məsələn, "Qəbələ"dən dəvət etdiyiniz Şahin Şahniyarovu meydanda görəcəyik?

- Təbii ki, Belarusla görüşdə dəyişikliklər olacaq. Görüş istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. Onun istedadlı futbolçu olduğunu düşünürəm. Əlbəttə, strateji dəyişikliklərin məsuliyyəti məndədir. Haitiyə qarşı 4-4-1-1 sistemi ilə oynamaq istəyirdik, lakin alınmadı.

- Haitinin üçüncü qolundan sonra yerli fanatlar onları alqışlayırdı...

- Futbolda belə hallar da olur. Fanatlar da millimizdən qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, rəqib azarkeşlər bizi alqışlayar.

- Artıq bir ildir ki, Azərbaycan millisində işləyirsiniz. Milli komandada nəyi dəyişə bilmisiniz? 

- İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Artıq növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.(sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Mart 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see159

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri