Icma.az
close
up
RU
Sanksiyalar ABŞ ilə Rusiya arasında ilkin razılaşma olan Alyaska görüşünü heçə endirib

Sanksiyalar ABŞ ilə Rusiya arasında ilkin razılaşma olan Alyaska görüşünü heçə endirib

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada davam edən hərbi əməliyyatlar o zaman dayandırıla bilər ki, Ukrayna Silahlı Qüvvələri hazırda tutduqları mövqelərdən geri çəkilsin.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, Rusiya Prezidenti Putin Qırğızıstanın paytaxtı Bişkek şəhərində verdiyi müsahibədə Rusiya-Ukrayna arasında sülhün yalnız və yalnız Rusiyanın şərtləri çərçivəsində qəbul olunacağı ilə bağlı konkret bəyanat verib. Siyasi şərhçinin sözlərinə görə, Putin həmçinin Ukraynanın Donetsk vilayətinin bu və digər bölgələrini təcili tərk etməsinin həmin şərtə daxil olması ilə bağlı açıqlama verib:

"O, Rusiya hərbi qüvvələrinin heç vaxt Avropaya daxil olan NATO dövlətlərinə bu və ya digər ölkələrə hücum etməyəcəyi ilə bağlı bəyanat səsləndirib. Hətta öz çıxışında Alyaska görüşü zamanı ABŞ Prezidenti Trampla razılaşdırılmış şərtlərin ABŞ tərəfindən pozulması ilə bağlı ittiham xarakterli açıqlama verib. Belə ki, o, çıxışında qeyd edib ki, baxmayaraq ki, Ukraynanın sülh müqaviləsi bağlaması ilə əlaqədar işlər addım-addım irəliləyir, lakin gözlənilmədən ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki böyük şirkəti “Rosneft” və “Lukoil”ə qarşı sanksiyalar tətbiq edib və bu da ABŞ ilə Rusiya arasında ilkin razılaşma olan Alyaska görüşünü heçə endirib. Bundan əlavə qeyd etmək lazımdır ki, Putinin bu bəyanatına Avropa tərəfindən də reaksiya verilib. Belə ki, Almaniyanın kansleri cənab Fridrix Merts cavab olaraq bildirib ki, Ukraynanın ərazi güzəştinə getməsi indiki halda mümkün deyil və Avropa Ukraynaya kömək etmək üçün birləşməlidir. O vurğulayıb ki, heç bir halda Ukrayna-Rusiya arasında sülh sazişində Ukraynanın hər hansı formada zəifləməsinə imkan verilməməlidir. Həmçinin öz çıxışında deyib ki, bu sülh razılaşmasında Avropanın təhlükəsizlik modeli də öz əksini tapmalıdır".

Müsahibimiz qeyd etdi ki, Zelenski də Putinin Bişkekdəki müsahibəsinə münasibət bildirərək, Rusiya-Ukrayna müharibəsində hər hansı sülhün Rusiyanın diktəsi və təzyiqi altında əldə edilməsinin qeyri-mümkün olduğunu bəyan edib:

"Zelenski bildirib ki, sülh sazişi yalnız Avropanın təhlükəsizliyi və Ukraynanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Hətta Ukraynanın Prezident Administrasiyasının rəhbəri Yermak belə bir açıqlama verib ki, Zelenskinin hakimiyyəti dövründə Rusiya ilə sülh müqaviləsi və ya atəşkəsin əldə olunması Ukrayna ərazisinin itirilməsi bahasına baş tuta bilməz və belə bir şey Zelenskinin dövründə mümkün deyil".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Noyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri