Icma.az
close
up
RU
Sanksiyalar Məsud Pezeşkianın siyasətinə zərbədir Politoloq

Sanksiyalar Məsud Pezeşkianın siyasətinə zərbədir Politoloq

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa üçlüyü” - Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranı çətin vəziyyətə salacaq. Çünki, Avropa ölkələri ABŞ-dən fərqli olaraq nüvə məsələsində Tehranla razılaşmanın əldə olunmasına çalışırdılar. Vaşinqton isə sanksiyaların sərtləşdirilməsinin tərəfdarı idi. Tehran Avropa ölkələrini nüvə çalışmalarını davam etdirmədiyinə inandıra bilmədi. Bunun nəticəsi olaraq Avropa üçlüyü ABŞ və İsrailin İrana qarşı sanksiyaların tətbiqi siyasətinə qoşulmuş oldu”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Avropa üçlüyünün qərarı İran Prezidenti Məsud Pezeşkianın siyasətinə zərbədir: 

“O çalışırdı ki, İrana qarşı sanksiyalar ortadan qaldırılsın və ölkəsi Qərb ölkələri ilə ticarət əlaqələrini bərpa etsin. Ancaq bu mümkün olmadı. Bunun əsas səbəbi İrandakı mühafizəkar qrupun siyasəti ilə bağlıdır. İran Prezidenti ABŞ və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq istəyərkən, mühafizəkarlar Məsud Pezeşkianın bu siyasətini qəbul etmədilər. Məsud Pezeşkian nüvə məsələsində söz sahibi deyil. İranda nüvə çalışmaları və uranın zənginləşdirilməsi ali dini lideri və SEPAH generallarının səlahiyyəti çətçivəsindədir. Prezident onların qərarlarına təsir edə bilmir. İran Konstitusiyası da buna imkan vermir. İranın ali dini lideri Əli Xamaneyi bildirib ki, ABŞ ilə danışıqlar nəticə verməyəcək və bu danışıqların davam etdirməyin əhəmiyyəti yoxdur. Bu ali dini liderin ölkə Prezidentinə də mesajıdır ki, Vaşinqton və Brüssellə nüvə məsələsiylə bağlı danışıqları davam etdirməsin. Ali dini lider və SEPAH generalları nüvə çalışmalarından imtina etməyənə qədər İrana qarşı sanksiyalar yumşalmayacaq”. 

O bildiri  ki, Qərbdə Məsud Pezeşkianın “biz nüvə silahı əldə etmək istəmirik” çağırışlarına inanmırlar:

“Çünki İranda bununla bağlı qərarı başqaları verir. Halbuki, İranın uranı zənginləşdirmək siyasətindən İran xalqı əziyyət çəkir. İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir edir, sosial vəziyyət ağırlaşır, inflyasiya dərinləşir, bundan ən çox sadə iranlılar əziyyət çəkir. İran həmçinin əsas gəlir mənbəyi olan neftini satmaqda çətinlik çəkir. ABŞ və Avropa dövlətlərinin İrana qarşı sanksiyaları davam etdirməsi İsrailin İrana qarşı növbəti dəfə raket zərbələrini aktuallaşdıra bilər. İsrail hökuməti İranın nüvə çalışmalarını davam etdirdiyini bəhanə edərək bu ölkəyə yenidən zərbə vura bilər. Halbuki, bu problemin həlli deyil. Əksinə, İsrailin İrana hücumları İranda mühafziəkarların mövqeyini gücləndirir. Bu arada, İran parlamentinin 71 üzvünün ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər edilməsini tələb ediblər. Onlar nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini istəyiblər. Beləliklə, İranın mühafizəkar deputatları nüvə silahı əldə edilməsini lazım bilirlər. Halbuki, İran rəsmiləri və din xadimləri əvvəllər deyirdilər ki, nüvə silahı İslama ziddir və Tehran nüvə silahı əldə etmək istəmir. Qərbdə əvvəl də bu deyilənlərə inanmırdılar. Pakistan İslam Respublikasıdır, ancaq nüvə silahı var. İslam Respublikası olan İran da nüvə silahının əldə edilməsi barədə planlar qurur”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri