“Sanksiyalar yalnız başlanğıcdır” “Tramp bütün kartları əlində saxlayır və bu, onlardan biridir”
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vladimir Putin Ukraynadakı müharibəni dayandırmaqdan imtina edərsə, ABŞ Prezidenti Donald Tramp ona təzyiqi artıracaq.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker “Bloomberg”-ə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, sanksiyalar Ağ Evin nəzərdə tutduğu tədbirlərin yalnız bir hissəsidir: "Biz bu sanksiyaları tətbiq etmişik və onlara riayət etmək niyyətindəyik. Bəlkə də bu, Putini danışıqlar masasına oturmağa və müharibəni dayandırmağa, ya da heç olmasa atəşkəs bağlamağa məcbur edəcək ki, yekun həll yolu tapılsın".
Onun sözlərinə görə, Vaşinqtonun yeni tədbirləri "yalnız başlanğıcdır": "Prezident Tramp bütün kartları əlində saxlayır və bu, onlardan yalnız biridir. Hələ daha çoxu var".
Qeyd edək ki, 23 oktyabrda Donald Tramp Rusiyanın ən böyük enerji şirkətlərinə - “Lukoil” və “Rosneft”-ə, eləcə də onların törəmə şirkətlərinə qarşı sərt sanksiyalar tətbiq edib. Bu, Trampın Ağ Evə qayıtmasından bəri ABŞ tərəfindən Rusiyaya qarşı qəbul edilən ilk maliyyə məhdudiyyətləri paketidir. Qərar Moskvanın Ukraynada hərbi əməliyyatları dayandırmaq istəməməsi fonunda qəbul edilib.
Sanksiyaların elan edilməsindən sonra hər iki şirkətin səhmləri kəskin şəkildə ucuzlaşıb. “Lukoil” və “Rosneft” şirkətlərinin ümumi bazar kapitallaşması 424 milyard rubl (təxminən 5,2 milyard dollar) azalıb.
“Reuters”-in 25 oktyabrda verdiyi məlumata görə, Vaşinqton artıq Moskvaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər paketi hazırlayıb. Bu da Rusiya iqtisadiyyatının əsas sektorlarına, o cümlədən bank və neft təchizatı infrastrukturuna daha ciddi zərbə vura bilər.
Bundan əlavə, Ağ Ev respublikaçı senator Lindsi Qrehemin Rusiya nefti, qazı, uranı və digər malları alan ölkələrdən idxala 500% tarif tətbiq edəcək qanun layihəsini dəstəkləməyi nəzərdən keçirir.
Bu arada, Rusiya Mərkəzi Bankının "risk ssenarisinə" görə, Qərb sanksiyalarının gücləndirilməsi və neft qiymətlərinin barel üçün 30-35 dollara düşməsi Rusiya iqtisadiyyatını 1990-cı illərin ortalarındakı vəziyyətə sala bilər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 29 Oktyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















