Icma.az
close
up
RU
“Sanksiyaları bərpa etsəniz, hər şeyi itirəcəksiniz“ Araqçı Avropanı xəbərdar edib

“Sanksiyaları bərpa etsəniz, hər şeyi itirəcəksiniz“ Araqçı Avropanı xəbərdar edib

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Snapback" mexanizmi Avropa-İran münasibətlərini böhran həddinə gətirib..."

İranın xarici işlər naziri Abbas Araqçı Avropanın Birləşmiş Krallıq, Fransa və Almaniya ("Avroüçlük- E3) ölkələrini ciddi xəbərdar edib.

Moderator.az xəbər verir ki, bu barədə "cursoronfo.co" nəşri yazıb.

İranın xəbərdarlığı və "snapback" mexanizmi

Araqçı bildirib ki, əgər bu üç ölkə BMT-nin İrana qarşı sanksiyaları bərpa etmək üçün "snapback" mexanizmini tam şəkildə işə salsalar, onlar "hər şeyi itirəcək". Avqustun 28-də Avropa dövlətləri bu mexanizmi aktivləşdirərək İrandan nüvə proqramı üzrə danışıqlara qayıtmağı, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinə daha geniş giriş təmin etməyi və itirilmiş 400 kq yüksək zənginləşdirilmiş uran haqqında hesabat verməyi tələb edib. Qaydaya görə, BMT Təhlükəsizlik Şurası 30 gün ərzində sanksiyalara qarşı səs verməsə, sanksiyalar avtomatik olaraq qüvvəyə minəcək.

Avropaya tənqid və hədələr

Araqçı "X" sosial şəbəkədə  yazıb ki, Avropa dövlətlərinin bu mexanizmi istifadə etmək üçün hüquqi, siyasi və mənəvi səlahiyyəti yoxdur. Nazir vurğulayıb ki, İranda cavab tədbirləri sərt olacaq və konkret addımlar Ali Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyən ediləcək. O, Avropanın "snapback" mexanizmini işə salmasının nəticələrini "istifadə et və hər şeyi itir" prinsipi ilə izah edib, xəbərdarlıq edib ki, bu addımlar Avropanın gələcək danışıqlarda mövqeyini zəiflədə bilər və Tehran üçün danışıqlarda iştirak imkanını məhdudlaşdıra bilər.

İranın nüvə ehtiyatları və təhlükəsizlik

Araqçı həmçinin bildirib ki, iyun ayında İsrail və ABŞ-ın İran obyektlərinə etdiyi zərbələrə baxmayaraq, İrandakı zənginləşdirilmiş uran ehtiyatları təhlükəsizdir: "Uranımız hələ də bombalanmış nüvə obyektlərinin dağıntıları altında saxlanılır". MAQATE sentyabrın əvvəlində məlumat verib ki, iyun zərbələrinə qədər 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatı təxminən 8 faiz artaraq 440,9 kq-ı keçib. "Reuters" xəbər verir ki, uranın böyük hissəsi əvvəldən Fordo obyektindən çıxarılıb.

ABŞ-dan İrana xəbərdarlıq

ABŞ İrandan öhdəliklərini yerinə yetirmək üçün "dərhal və konkret addımlar" atmağı tələb edib. Vaşinqton eyni zamanda xəbərdarlıq edib ki, əgər Tehran müqaviməti davam etdirərsə, MAQATE İdarə Heyəti cavab tədbirləri görə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri