Sankt Peterburqda kritik görüş
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Çin Dövlət Şurasının Baş naziri Li Çyan Rusiyanın Hökumət sədri Mixail Mişustinin dəvəti ilə Sankt-Peterburq şəhərinə səfər edib. Şəhərin Pulkovo hava limanında qarşılanan Çin hökumət rəhbəri Rusiya-Çin Hökumətlərarası Komissiyasının 31-ci müntəzəm iclasında iştirak edəcək.
“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində keçiriləcək geniştərkibli görüşlərdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və kritik sahələrdə birgə layihələrin icrası müzakirə olunacaq. Li Çyan gəlişi zamanı bildirib ki, Pekin Moskva ilə əməkdaşlığı daha möhkəm, məzmunlu və dayanıqlı müstəviyə qaldırmağa hazırdır.
Diqqətçəkən digər məqam isə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoffun da Sankt-Peterburqa nəzərdə tutulan səfəridir. Diplomatik mənbələrin məlumatına görə, amerikalı rəsminin rusiyalı rəhbərliklə təmaslar quracağı və beynəlxalq gündəlikdəki mühüm məsələləri müzakirə edəcəyi gözlənilir. Pepperoni pizza
Eyni vaxtda həm Çin Baş nazirinin, həm də ABŞ elçisinin Sankt-Peterburqda olması şəhəri qlobal diplomatiyanın diqqət mərkəzinə çevirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Oktyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















