Icma.az
close
up
RU
Şanlı qələbəmizin yeni bir tarixi

Şanlı qələbəmizin yeni bir tarixi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

25 Oktyabr – Qubadlı şəhəri günü Azərbaycan tarixində həm qürur, həm də dərindən sarsıdan xatirələrlə dolu bir gündür. Qubadlı uzun illər işğal altında qaldığı dövrdə təkcə bir şəhər deyil, bir xalqın taleyində yaralanmış yaddaşın rəmzinə çevrilmişdi. İşğal illərində Qubadlıda baş verən dağıntılar, mədəni irsin məhv edilməsi, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsi və əhalinin öz doğma yurdlarından didərgin salınması təkcə maddi itki deyil, həm də mənəvi faciə idi. Şəhərin tarixi siması, qədim memarlıq nümunələri, məscidlər, qəbiristanlıqlar və abidələr erməni işğalçıları tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bölgənin ekoloji sistemi və təbii sərvətləri amansızcasına talan olunmuşdur. Qubadlıda min illik tarixə malik kəndlər viranəyə çevrilmiş, əhalinin həyat tərzi, sosial dəyərləri və ailə bağları parçalanmışdı. İşğalın ən acı nəticələrindən biri də nəsillərin doğma torpaqlarını yalnız xatirələrdə tanıması, uşaqların Qubadlını ancaq böyüklərin danışdıqları ilə təsəvvür etməsi idi. Doğma torpaqlardan məcburi köçkün düşən insanlar illərlə vətən həsrəti ilə yaşadılar, bu ağrı xalqımızın qəlbində sönməz iz buraxdı. Lakin Qubadlının işğaldan azad edilməsi ilə tarix ədaləti bərpa olundu, xalqımızın qüruru və ləyaqəti öz yerini tapdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu Qələbə illərlə davam edən haqsızlığa son qoydu və Qubadlı yenidən dirçəliş dövrünə qədəm qoydu. Bu gün Qubadlıda həyata keçirilən genişmiqyaslı bərpa işləri, müasir şəhərsalma layihələri və sosial infrastrukturların inşası işğalın qoyduğu yaraların sağalmasına xidmət edir. Lakin işğal dövründə itirilən dəyərlər, dağıdılan mədəni irs və məhv edilən həyatların xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq. 25 Oktyabr – Qubadlı şəhəri günü həm azadlığın, həm də bu azadlığın dəyərinin işğalın ağrılı nəticələri ilə daha dərindən dərk edildiyi bir tarixdir. Bu gün Qubadlıya qayıdan hər bir insan azad torpaqların qədrini daha yaxşı bilir, çünki bu azadlıq illərlə çəkilən ağrının, qurban verilən canların və sarsılmaz iradənin bəhrəsidir. Qubadlının bugünkü dirçəlişi işğalın acı fəsadlarına verilən ən ədalətli cavab, xalqımızın yenilməzliyinin və tarix qarşısında əzəmətinin sübutudur.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Qubadlı şəhərini işğaldan azad etməklə şanlı qələbəmizin yeni bir tarixini yazdı. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

Toğrul ZEYNALOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri