Santorinidə baş verə biləcək güclü zəlzələnin Türkiyəyə təsiri məlum olub
Icma.az bildirir, Report.az portalına istinadən.
Yunanıstanın Santorini adası yaxınlığında baş verə biləcək 7,5 maqnitudada zəlzələ Türkiyədə 5 bal gücündə hiss olunacaq.
“Report” “Habertürk” telekanalına istinadən xəbər verir ki, belə qənaətə İstanbuldakı 9 Sentyabr Universiteti və digər universitetlərin türk alimləri gəliblər.
Qeyd olunub ki, mütəxəssislər təbii fəlakətin nəticələri ilə bağlı ilkin hesabat hazırlayıblar. Vurğulanıb ki, lazımi tədbirlər görülərsə, zəlzələnin can itkisi və ya maddi ziyanla nəticələnməsi ehtimalı azdır.
Alimlər xatırladıblar ki, əvvəllər Egey dənizində Santorini yaxınlığında vulkan püskürmələri, həmçinin 7,5 maqnitudada zəlzələlər olub. Bu proseslər həm də sunamilərə səbəb olub.
Çanaqqala və Fethiye əyalətləri arasındakı sahil zolağında sunami dalğasının baş verməsi ehtimalı var. Onun hündürlüyü iki metrdən çox olmamalıdır, lakin su Türkiyə ərazisinə təxminən yarım kilometr dərinliyə gedə bilər.
Qeyd olunub ki, yerli xidmətlər dalğanın sahilə çatmasına təxminən yarım saat qalmış sunaminin əmələ gəlməsini öyrənə biləcəklər. Eyni zamanda sunami başlamazdan 7-10 dəqiqə əvvəl real təhlükə yarandıqda əhaliyə məlumat veriləcək.
Fevralın 6-da Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi Santorinidə son həftələrdə baş verən davamlı zəlzələlərə görə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət martın 1-dək qüvvədə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















