Icma.az
close
up
RU
Santuş: “Azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər”

Santuş: “Azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Haitiyə qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Əsas heyəti müəyyənləşdirmisiniz?
– Bəli, artıq məlumdur.

– Komandaya yeni cəlb olunan gənclərə bu və ya növbəti matçda şans verəcəksiz?
– İndidən sabah hansı heyətin olacağını deyə bilmərəm. Bəzi oyunçular startda, bəziləri ehtiyatda olacaq.

– Matçdan gözləntiləriniz nədir?
– Yaxşı rəqibə qarşı oynayacağıq, yaxşı oyunçuları var. Onların son 5-6 matçını izləmişik. Pozitiv və pozitiv olmayan cəhətləri var. Hamısını analiz etmişik. Maraqlı oyun olacaq. Hücum futbolu oynayırlar. Analizdə göründü ki, iki hücumçu ilə oynayırlar. Hər ikisi hərəkətlidir, komanda yoldaşları da onları axtarır. Biri “Kayserispor”da, digəri AEK-də çıxış edir. Haiti elə millidir ki, top itkisindən sonra yenidən topu ələ keçirməyə çalışırlar. Müdafiə baxımından zəif nöqtləri var, burada açıqlamayacam. Bunun üzərində dayanmağa çalışacağıq.

– Millidə atmosfer necədir?
– Çox yaxşı məşqlər keçmişik, əhval-ruhiyyə yaxşıdır. Sabah qalib gəlməyə çalışacağıq. Millilər arasındakı oyunlar yoldaşlıq matçı kimi qəbul olunmur. Düzdür, bu oyuna görə xal verilmir. Milli olaraq istəmirik ki, sabah uduzaq. Sabahkı matç bizim üçün çox vacibdir.

– Haiti millisinin üzvləri fiziki cəhətdən çox üstündürlər, bizim milliyə cəlb olunanlar isə fiziki cəhətdən zəif görünür. Onları nə ilə üstələyə bilərik?
– Kollektiv şəkildə daha güclü çıxış etsək, rəqibin fiziki gücünün qarşısını ala bilərik. Oyunçuların xarakteristikası belədir, onu dəyişə bilmərik. Futbol sırf fiziki hazırlıqdan asılı deyil. Taktika hər şeydən üstündür. Oyunun ritmi haqda sual versəz, uyğun olardı. Futboldur, hamısı rəqabətə hazır olmalıdır.

– Xorvatiya – Fransa görüşünü izlədiz?
– Biz sabah onlarla qarşılaşmırıq. Sabah Haiti ilə qarşılaşacağıq. Kimsə bizə rəqib olacaq, onda danışarıq. Hazırki durumda hansı komandanın gəlməsi önəmli deyil. Məni yalnız Haiti ilə oyun maraqlandırır.

– Azərbaycanda Novruz bayramı keçirdiniz. Ab-hava necə idi?
– Bayram haqda məlumatım çoxdur. Azərbaycan çox yaxşı ölkədir. Avropanın 20 ən yaxşı ölkəsindən biridir. Azərbaycan çox təhlükəsiz ölkədir, rahatlıqla yaşamaq olur. Dünən də şəxsən özüm hamını təbrik etmişəm.

– Sabahkı matça cəmi 1300 bilet satılıb. Bunu nə ilə əlaqələndirirsiz?
– Azarkeşlərin milliyə yaxın olması, dəstəkləməsi çox vacibdir. Bir müddətdir ki, Azərbaycandayam. Milli çempionatın oyunlarına da az adam gəlir. Amma Avropada çıxış edən komandaların matçına daha çox adam gəlir. Son olaraq daha çox azarkeşin gəldiyi oyun “Neftçi” – “Qarabağ” idi. 9 mindən çox adam gəlmişdi. Mükəmməl atmosfer var idi, oyunun ritmi azarkeşlərə görə daha da artmışdı. Ümid edirəm ki, millimizin oyunlarına da çox azarkeş gələcək. Mən də azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri