Icma.az
close
up
RU
Santuş azərbaycanlı köməkçi tapa bilmir

Santuş azərbaycanlı köməkçi tapa bilmir

Yığmamızın baş məşqçisi Fernando Santuş Arif Əsədovun gedişindən sonra onu əvəzləyəcək yerli köməkçi ilə bağlı hələ də qərar verməyib.

Portuqaliyalı mütəxəssisin məşqçi korpusuna daxil edəcəyi yerli mütəxəssisin adı bəlli deyil...
Görəsən, bu məsələyə AFFA İcraiyyə Komitəsinin iclasında baxılacaqmı? İlin sonunda məsələ həllini tapacaqmı? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“İcraiyyə Komitəsinin gündəlyi hələ ki məlum deyil. Millimizin məşqçi korpusunda hansısa dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.


Qeyd edək ki, yığmada yerli mütəxəssislərdən yalnız qapçılarla işləyən Kamran Ağayev qalıb.
ƏSƏD SEYİDOV
seeBaxış sayı:43
embedMənbə:https://www.football-plus.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri