Icma.az
close
up
RU
Santuş: “Oynamayan futbolçu toplanışa dəvət almayacaq”

Santuş: “Oynamayan futbolçu toplanışa dəvət almayacaq”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Latviya və Macarıstana qarşı keçiriləcək yoldaşlıq oyunlarından öncə jurnalistlərin suallarını cavablandırıb:

– Qarşıdakı iki oyundan gözləntiləriniz nədir?
– Gözləntilər həmişə olduğu kimi yaxşı məşq etmək, yaxşı hazırlaşmaq və qalib gəlməkdir.

– Elə futbolçu oldu ki, yığmaya dəvət etmək istədiz, ancaq tərəddüd etdiz?
– Əlbəttə, bəzi oyunçular var ki, istəyərdim dəvət edim, amma zədəli olduqları üçün alınmadı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafaza Əhmədzadə, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramill Şeydayev və Ozan Can Kökçü də dəvət edilmişdi. Son oyunlarda klublarında mütəmadi oynamırlar. Ona görə də dəvət edilməyiblər. Oynamayan futbolçu toplanışa dəvət almayacaq. Gələcəkdə mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır.

– Mətbuatda yayılan xəbərlərə görə, milli qarşıdakı iki oyunda uduzsa, sizin kreslonuz laxlayacaq…
– Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə cavab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır.

– Sizin gəlişinizdən sonra millidə hansı istiqamətdə inkişaf olub? Nəticələr bəllidir, oyun sarıdan da nəsə görünmür…
– Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm.

– Premyer Liqamızın səviyyəsini 10 ballıq şkalada necə ölçərsiniz?
– Ümumi çempionata neçə bal verərəm? “Qarabağ”ın hansı səviyyədə iştirak etdiyini bilirik. Amma ümumi çempionata 10 ballıq şkalada 5 bal verərdim. Hər komandanın baş məşqçisi çalışır ki, istəklərinə nail olsun, reallaşdırsın. 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır.

– Vüsal İsgəndərlini niyə milliyə dəvət etmirsiz?
– Millinin heyətinə 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir.

– Klubunda mütəmadi oynamayanı milliyə dəvət etməyəcəyinizi bildirdiniz. Nəzərə alsaq ki, yeni mövsümdən legioner limiti olmayacaq. Onda milliyə məcbur qalıb mütəmadi oynamayanları çağıracaqsız?
– Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizədində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturdum. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Hansısa məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Var, amma çox azdır. Biri Renat Dadaşovdur. Milliyə dəvət olan futbolçular mütəmadi oynamalıdırlar. Gəlin, gözləyək. Qarşıdakı çempionatda vəziyyət necə olacaq, ondan sonra bu haqda danışarıq. Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da da gələcək.

– Mövsüm başa çatan kimi milli üzvləri çox da istirahət etməyəcək. Onları necə motivasiya edəcəksiz?
– Ümid edirəm ki, onların motivasiyalarına pis təsir etməz. Biz ayın 27-dən toplanışa başlayacağıq. Cədvəli elə qurmuşuq ki, gündəlik 1 məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirsinlər. Kubokun finalında oynayacaq oyunçulara 3 gün istirahət veriləcək. Ailələri ilə vaxt keçirdikdən sonra bizə qoşulacaqlar. Əgər sənin milli ruhun, milliyə sevgin varsa, ora hər zaman motivasiya ilə gedəcəksən. Harada çalışmışamsa, oyunçular milliyə motivasiya ilə gəliblər. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. İnanıram ki, onlar milliyə gələndə sevinirlər.

– Yekun olaraq, optimal heyəti nə vaxt formalaşdıracaqsız?
– Milliyə 25 oyunçu dəvət edilir. Əksəriyyəti eyni oyunçulardır.

– Gənc həmkarımıza əsəbiləşdiz. Sizə güvənirik, amma nəticə yoxdur…
– Xeyr, əsəbiləşməmişəm. Yoldaşlıq görüşləri odur ki, oyunçuları yoxlayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görərsən. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxusu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir. Eyni şey Yunanıstanda da oldu.

– Şahruddin Məhəmmədəliyev “Qarabağ”da demək olar ki, oynamır. Amma onu milliyə dəvət edirsiz. Azərbaycanda elə gənc qapıçı yoxdur ki, indidən dəvət edib, ona etibar edəsiz…
– Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, təcrübəsi ilə yanındakı kömək edəcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri