Icma.az
close
up
RU
Santuşla başlayıb, Abbasovla bitən tsikl

Santuşla başlayıb, Abbasovla bitən tsikl

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub. Tsiklı Fernandu Santuşla başlayıb, Ayxan Abbasovla bitirən milli 6 oyunda 1 heç-heçə edib, 5 dəfə məğlub olub. Birinci turda İslandiyaya darmadağından (0:5) sonra Santuş vəzifəsindən göndərilib və yerinə Abbasov təyin edilib.

Milli 6 oyunda 3 qol vurub, 16-nı buraxıb. Komandanın 6 oyuna topa sahibolma faizi 35.5-dir. Azərbaycan yığmasının bu görüşlərdəki ötürmə dəqiqliyi ümumilikdə 73.17 faizdir. 206 dəfə top qazanan milli üzvləri 15 dəfə də sarı vərəqə ilə cəzalanıb.

Qapıda 5 oyunda Şahruddin Məhəmmədəliyev, 1-də isə Aydın Bayramov startda yer alıb. Fransa ilə matçda isə “Şah” zədə səbəbindən fasilədə Bayramovla əvəzlənib. Qolkiperlərin ümumi seyv sayı 25-dir. Bu, ortala hər oyuna 4.17 qurtarış deməkdir.

6 oyuna cəmi 3 qol vuran Azərbaycan yığmasının ümumi hücum cəhdi isə 106-dır. Qapıya endirilən 23 zərbədən 6-sı dəqiq, 14-ü qeyri-dəqiq alınıb. 3 zərbəmiz isə bloklanıb.

Bəhlul Mustafazadə, Elvin Bədəlov və Emin Mahmudov seçmə mərhələnin bütün görüşlərində meydana çıxan oyunçulardır. Şahruddin, Anton Krivotsyuk, Abbas Hüseynov, Qismət Alıyev, Toral Bayramov, Abdulla Xaybulayev və Nəriman Axundzadə isə 5 görüşün iştirakçısı olub.

Toplanışlara dəvət alıb, meydana çıxmayanlar isə qapıçılar Rza Cəfərov, Səlahət Ağayev, Faiq Hacıyev və Bədavi Hüseynovdur.

D qrupunda Fransa, Ukrayna, İslandiya ilə mübarizə aparan millinin bir xal qazanması yaxşı və ya mənfi mənada sürpriz deyil. Premyer Liqada legioner limitinin ləğvi ilə yerli oyunçuların praktikası aşağı düşüb. Klublarında oynamayan və ya az şans qazananlardan yığmada yüksək performans gözləmək mənasız olardı. Əsas sınaq qarşıdan gələn Millətlər Liqasıdır. D Liqasında Lixtenşteyn, Malta, Andorra, San Marino, Cəbəllütariq, Litva, Lüksemburq kimi komandalarla yarışacaq yığmanın hədəfi C Liqasına yüksəlmək olacaq. Artıq burdakı uğursuz nəticələr milli adına fiasko olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Noyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri