Icma.az
close
up
RU
Santuşla qələbəyə ümid azalır: Milliyə yerli məşqçi ÇAĞIRIŞI

Santuşla qələbəyə ümid azalır: Milliyə yerli məşqçi ÇAĞIRIŞI

Icma.az, News24 portalına istinadən məlumat yayır.

“Cari seçmə mərhələdə Azərbaycan millisindən yüksək nəticə gözləməyə ciddi əsaslar yoxdur. Ayrı-ayrı oyun epizodlarında müəyyən müsbət məqamlar nəzərə çarpsa da, sistemli və kompleks yanaşma baxımından ümumi uğura ümid azdır”.

Bunu News24.az-a açıqlamasında idman jurnalisti Anar Xanlarov deyib. 

Onun sözlərinə görə, qarşıdakı iki oyunda İslandiya və Ukrayna yığmalarına qarşı mübarizə aparmaq mümkündür:

“Bu görüşlərdə xal qazanmaq, hətta qələbə qazanmaq nəzəri cəhətdən mümkündür, amma Fernando Santuşun rəhbərliyi altında bunun reallaşacağına inam azdır. Əsas problem də budur ki, Santuşun milli komandada uzunmüddətli perspektiv yaratmaq imkanları real görünmür”.

Jurnalist qeyd edib ki, bəzi mütəxəssislər və ictimaiyyət nümayəndələri milli komandanın oyunçu potensialının məhdud olduğunu vurğulayır və buna görə də baş məşqçiyə əlavə məsuliyyət yüklənməməli olduğunu deyirlər. Lakin əgər doğrudan da belədirsə, sual yaranır ki, kadr potensialı kifayət qədər deyilsə, əcnəbi mütəxəssisə ehtiyac varmı?

Tarixi təcrübə göstərir ki, dünya və Avropa çempionatlarında uğur qazanan millilərin böyük əksəriyyətinə yerli mütəxəssislər rəhbərlik ediblər. Almaniyada Yoahim Löv, Fransada Didye Deşam, Braziliyada Mario Zaqallo və Luis Felipe Skolari, İtaliyada Marçello Lippi, İspaniyada Luis Araqones və Luis de la Fuente, Argentinada isə Lionel Skaloni buna misaldır.

A. Xanlarov əlavə edib ki, Azərbaycan da uğur qazanmaq üçün yerli mütəxəssislərin təcrübəsindən yararlanmalıdır:

“Xüsusilə nəzərə alınmalıdır ki, hazırda milli komanda üçün qlobal səviyyədə yüksək hədəflər qoyulmayıb. Əsas məqsəd gələcəyin komandasını formalaşdırmaqdır. Bu baxımdan, ən azı 3-4 yerli mütəxəssis var ki, onların rəhbərliyi altında milli komanda Santuşun dövründə əldə olunacaq nəticələrdən daha yaxşı performans göstərə bilər”.

Nəticə etibarilə, jurnalist hesab edir ki, Fernando Santuşun rəhbərlik etdiyi milli komandanın nə İslandiya, nə də Ukrayna ilə qarşılaşmalarda üstün oyun sərgiləyəcəyinə ciddi inam yoxdur.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri