Santyaqodakı matç niyə dayandırılıb?
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Libertadores Kubokunun qrup mərhələsinin 2-ci turunda nəzərdə tutulan matçlardan biri yarımçıq qalıb.
Buna Çilinin “Kolo Kolo” klubunun iki azarkeşinin “Fortaleza” ilə oyundan əvvəl ölməsi səbəb olub. “Kolo Kolo”nun bileti olmayan bir qrup azarkeşi oyundan əvvəl stadiona daxil olmağa cəhd edib. Polis isə buna dərhal reaksiya verib və izdihamı dağıdıb. Lakin basırıq zamanı iki azarkeş həlak olub.
Santyaqodakı matç bir saat gecikmə ilə start götürüb, lakin baş verən faciədən stadionakıların tədricən xəbər tutmağa başladığı vurğulanır. İkinci hissənin ortalarında bir neçə azarkeş meydana qaçaraq oyunun dayandırılmasına səbəbkar olub.
Cənubi Amerika mediası həmin fanatların iki azarkeşin ölümündən sonra matçın davam etdirilməsinə etiraz olaraq belə addım atdığını xəbər verib. Daha sonra stadionda oyunun dayandırıldığı elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 15 Aprel 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















