Icma.az
close
up
RU
Saqatelyan: “Paşinyan Azərbaycana dəhliz verilməsinə razılığını təsdiqlədi”

Saqatelyan: “Paşinyan Azərbaycana dəhliz verilməsinə razılığını təsdiqlədi”

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu təzyiq təkcə daxili siyasi hesablamalarla deyil, həm də Türkiyə və Azərbaycanla əldə olunan yeni razılaşmalarla bağlıdır”

“Ermənistanın Baş naziri Nikol Paşinyan faktiki olaraq, Sünik (Zəngəzur) vasitəsilə Azərbaycana dəhliz verilməsinə razılığını təsdiqlədi. Bu, əvvəllər təkzib edilirdi”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Facebook” səhifəsində Ermənistanın müxalif “Daşnaksütyun” Partiyasının Ali Orqanının nümayəndəsi, “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan yazıb.

"Paşinyan nəhayət ki, Erməni Apostol Kilsəsinə, milli xeyriyyəçilərə, “Daşnaksütyun”dan olan və digər müxalifətçilərə qarşı repressiyaların yeni raundunun əsl səbəbini açıqladı. Bu təzyiq təkcə daxili siyasi hesablamalarla deyil, həm də Türkiyə və Azərbaycanla əldə olunan yeni razılaşmalarla bağlıdır. Bu diktator davranışının dərinliklərində başqa bir güzəşt forması var - Zəngəzur dəhlizi. Ermənistanın suverenliyinin və yurisdiksiyasının məhdudlaşdırılacağı dəhliz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın danışdığı “daha çevik yanaşma”nın mahiyyəti budur”, Saqatelyan qeyd edib.

Onun sözlərinə görə, bu həm də geosiyasi məsələdir: “Təkcə Ermənistan üçün deyil, bütün region üçün yeni tufanın başlanğıcıdır. Bu proqram təkcə Ermənistanın dövlət maraqlarına deyil, həm də beynəlxalq tərəfdaşlarının maraqlarına ziddir. Bu bölgəyə qeyri-regional qüvvələr daxil etməklə, Nikol rejimi gözlənilməz nəticələri olan yeni zorakılıq və qeyri-sabitlik zəncirinin başlanğıcını qoyur. Bu təklif kontekstində müzakirə olunan Amerika və Avropa şirkətlərinin qeyd edilməsi sadəcə yemdir və proqramın yeganə və əsas benefisiarlarının Türkiyə və Azərbaycan olmadığı təəssüratı yaradır. Ermənistanın real müttəfiqləri Azərbaycanın Qarabağ üzərində nəzarətinin bütün mənfi nəticələrini indi hiss edirlər. Regiondankənar qüvvələrin Zəngəzurda daxil olması vəziyyəti daha da pisləşdirəcək”.

“Qarşılaşdığımız repressiyalara baxmayaraq, biz Ermənistanın türkləşdirilməsi proqramına qarşı mübarizə aparacağıq. Biz bunu bu proqramın təhlükəsini dərk edən xalqımızla birlikdə edəcəyik. Biz Ermənistanı türk vilayətinə çevirmək proqramının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - Saqatelyan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 İyul 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri