Saratova kütləvi hücum: neft emalı zavodu və aerodrom zədələnib
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 11-nə keçən gecə Ukrayna hərbçiləri Rusiya Federasiyasının Saratov Neft Emalı Zavoduna hücum təşkil edib.
Reyting.az-ın məlumatına görə, Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib ki, bu, ilk belə hücum deyil.
Kovalenko bildirib ki, Saratov Neft Emalı Zavodu Rusiyanın yanacaq infrastrukturunun əsas obyektlərindən biridir və emal gücü ildə 7 milyon ton neftə çatır.
O qeyd edib ki, zavod Rusiya ordusunun yanacaqla təmin olunmasında mühüm rol oynayır. Hətta İkinci Dünya Müharibəsi zamanı da neft emalı zavodu hərbi logistika üçün çox vacib olub və indi yanacaq təchizatının mühüm elementidir.
Kovalenko əlavə edib ki, Saratov Neft Emalı Zavodundan əlavə Engelsə də hücum edilib.
Rusiya mətbuatı isə yazır ki, səhər saat 4 radələrində Engels üzərində ən azı 11 partlayış baş verib.
İlkin məlumatda bildirilir ki, pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu nəticəsində neft emalı zavodu və aerodrom zədələnib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Ukrayna Krasnodar və Saratova hücum etdi
17 Dekabr 2025 10:04
Neft emalı zavodu və aerodrom vurulub
23 Oktyabr 2025 10:56
Moskva Neft Emalı Zavodu zədələnib...
11 Mart 2025 18:26
Pilotsuz uçuş aparatları Engels və Saratova kütləvi zərbələr endirib: hava limanı yanır
20 Mart 2025 17:21
Ukraynadan Saratova PUA HÜCUMU Ölənlər var VİDEO
13 Dekabr 2025 10:33
Baxış sayı:77
Bu xəbər 11 Fevral 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















