Saray körpüsünün söküntüsünə görə qatarların hərəkəti də DAYANDIRILIR? ADYdən CAVAB
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpü sökülərək yenidən tikiləcək.
Bununla bağlı Nəqliyyatı Əlaqələndirmə Şurası qərar qəbul edib. Nəzərə alaq ki, bu körpü təkcə Sumqayıtla Abşeron rayonunu birləşdirmir, həm də Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun üzərindən keçir.
Ona görə də körpünün söküntüsü zamanı bu dəmir yolu ilə hərəkət edən qatarlara problem yarada bilər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, söküntü ilə bağlı qatarların hərəkətində fasilə olmayacaq:
“Söküntü işləri əsasən qatarların hərəkət qrafikinə uyğun aparılacaq. Yəni qatarların hərəkəti dayanan zaman söküntü davam edəcək. Ona görə də qatarların qrafikə uyğun hərəkətində problem olmayacaq”.
Qeyd edək ki, söküntü və təmir işləri ilə əlaqədar AYNA tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















