Icma.az
close
up
RU
Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu

Saray qəsəbəsində sürücülər arasında insident: biri həbs olundu

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 8-də rayonun Saray qəsəbəsində baş verib. 
Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Xalid həmin gün saat 15 radələrində Saray qəsəbəsi, Duzgölu kənarında ailə üzvləri ilə birlikdə idarə etdiyi “Toyoto Prius” markalı avtomobili ilə hərəkətdə olarkən “VAZ 2105” markalı maşının sürücüsü Səfərin qəza şəraiti yaratdığına görə ailə üzvlərinin qorxmasını bəhanə edib və zərərçəkmiş şəxsin avtomobilini saxlatdırıb. 
Bu zaman o, Səfər ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı özündən fiziki cəhətdən zəif və ahıl yaşlı zərərçəkmiş şəxsin sifət nahiyəsindən qəsdən yumruqla bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 8-də, təxminən günorta saatlarında Duz gölünün kənarında avtomobillə hərəkətdə olarkən zərərçəkmiş şəxsin idarə etdiyi avtomobillə onun qarşısına keçib və qəza şəraiti yaradaraq, ötmə əməliyyatı həyata keçirib: “Mən qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sükanı sağa döndərdim. Həmin zaman avtomobilində olan həyat yoldaşım və azyaşlı oğlumun n başı qapıya dəyərək, əzildi. Bundan əsəb keçirdim və avtomobilini saxladım, digər avtomobildə oturaq halda olan sürücüyə yaxınlaşdım. İlk olaraq şillə ilə onun sifət nahiyəsindən vurdum. Daha sonra isə avtomobilinin kapotunu yumruqla bir dəfə vurdum. Daha sonra öz avtomobilimə əyləşərək oradan getdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisənin baş verməsində özümü təqsirli bilərəm: “Hadisədən sonra dəfələrlə qohumlarım, qardaşım və özüm həmin şəxsdən üzr istəmişik. Əməlimdən peşman olduğumu zərərçəkmişə bildirmişəm və ona müəyyən maddi dəstək göstərmək istəmişəm. Lakin zərərçəkmiş şəxs üzrxaqlığı və maddi yardımı qəbul etməyib. Mənimlə barışmayacağını bildirib”.
İş üzrə zərərçəkmiş Səfərin sözlərinə görə, avqustun 8-də “VAZ 2105” markalı avtomobillə Duz gölü kənarındakı yolda hərəkətdə olarkən qarşısında olan “Toyoto Prius” markalı avtomobili ötmək istəyib: “Həmin avtomobili keçdikdən bir qədər sonra həmin sürücü qarşıma keçərək  məni dayandırdı. Bundan sonra adını bildiyim Xalid  mənə məxsus avtomobilə tərəf gəldi və mənə “bu necə maşın sürməkdir?” ifadəsini işlətdi. Sonra pəncərədən sifət nahiyəmə bir neçə dəfə yumruqla, sol qulaq nahiyəmə və ağız nahiyəmə xəsarət yetirdi. Həmin xəsarətlər nəticəsində mənim həm protezim, həm də əlimdə olan telefonum sındı. Xəsarət almama səbəb olan hərəkətlərlə kifayətlənməyən həmin şəxs maşınımı təpiklə vuraraq zədələdi. Bundan sonra avtomobilinə minərək, oranı tərk etdi. Mən ilk olaraq baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Daha sonra isə Saray Polis bölməsinə gedərək, şikayət ərizəsi yazdım. Hadisə nəticəsində mənə 10 min  manat məbləğində maddi ziyan dəyib. Mənə vurulmuş maddi və mənəvi zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçiyəm”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub. 
Bundan başqa, onun həmin müddət ərzində saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı evi tərk etməməsi tapşırılıb. 
Əlavə olaraq ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifə öhdəliyi qoyulub. 
Həmçinin ona kütləvi və digər tədbirlər təşkil etməsi və ya belə tədbirlərdə iştirak etməsi qadağan edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. 
Protestə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. İşi araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısının protesti təmin olunub və Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib. 
Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri