Saray sakinləri köhnə avtobuslardan şikayətlənirlər: AYNA dan AÇIQLAMA
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərinin Saray bağları (Bağlar) istiqamətində hərəkət edən 17 və 17A nömrəli marşrut avtobuslarından istifadə edən sakinlər nəqliyyat şəraitindən narazılıqlarını bildiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) sakinlər müraciət ediblər.
Onlar bildiriblər ki, sözügedən marşrutlarda uzun illərdir köhnə avtobuslardan istifadə olunur.
"Yolların yararsız vəziyyətdə olması səbəbindən səfərlər uzun çəkir, bəzi hallarda mənzil başına çatmaq 45-50 dəqiqə, hətta bir saata qədər vaxt aparır".
Sakinlər qeyd ediblər ki, yolun asfalt örtüyü uzun illər əvvəl sıradan çıxıb və müasir avtobusların bu marşrutlara buraxılmasının məhz yol infrastrukturunun vəziyyəti ilə əlaqəli olduğu bildirilir. Onlar, həmçinin köhnə avtobuslarda yararsız yollarda hərəkətin xüsusilə yaşlılar və sağlamlıq problemi olan sərnişinlər üçün ciddi narahatlıq yaratdığını vurğulayıblar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksəldilməsi məqsədilə marşrut xətləri təhlil edilir və optimallaşdırma işləri aparılır:
"Görülən işlər çərçivəsində sözügedən məsələyə də baxılacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 İyul 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















