Icma.az
close
up
RU
Sarayda 6 manatlıq sual: Sakinlər narazıdır, zibil haqqı qalxdı

Sarayda 6 manatlıq sual: Sakinlər narazıdır, zibil haqqı qalxdı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bələdiyyə yox, MMC – şəffaflıq sual altındadır”


 Paytaxtın ayrı-ayrı inzibati rayonları və rayonlar daxilindəki qəsəbələrdə kommunal xidmət haqları dəyişkəndir. Abşeron rayonunun Saray qəsəbəsində məişət tullantılarının daşınması üçün sakinlərdən 6 manat ödəniş etmək tələb olunur. Bu işi “Zövq” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Sakinlər bildirir ki, məişət tullantılarının daşınması üçün ödəniş indiyədək yerli bələdiyyələrə ödənirdi. 


Daşınma haqqı 3, uzaqbaşı 4 manat təşkil edirdi. MMC bu işə başlayandan sonra “zibil pulu” 6 manat təyin edilib. Sakinlər də baş aça bilmir, bu vaxta qədər az zibil tullayırdılar haqqı aşağı idi, indi çox zibil tullanır deyə qiymət qalxıb, yoxsa başqa səbəb var? Fərqli ərazilərdə məişət tulllantılarının daşınması xərcləri fərqlidir. Çoxmərtəbəli binalarda bu işlə bəzən binanın komendantlığı, bəzən yerli bələdiyyələr məşğul olur.  Əraziyə, yaşayış yerinə görə idarəçilik də fərqlidir, qiymətlər də. 


İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qiymət artımı, mümkündür ki, ümumi qiymət dəyişikliyi fonunda baş verir. Lakin proses bələdiyyələr tərəfindən idarə olunsa yaxşıdır: 

- Bir çox ölkələrdə, iri meqapolislərdə bu məsələlər, kommunal xidmət və sair şəhər bələdiyyələri tərəfindən icra olunur. İnzibati bölgü üzrə bələdiyyələr fəaliyyət göstərir, əhaliyə kommunal xidmət, sosial problemlərin həlli bələdiyyələrə tapşırılır. Bizdə hələ ki bələdiyyələrin səlahiyyəti çox məhduddur. İllər əvvəl “Bələdiyyələr haqqında”, yerli özünüidarəetmə orqanı haqqında qanun qəbul olunsa da, bələdiyyələr onlara aid səlahiyyətə malik deyillər. Bələdiyyə torpaqlarının hüdudu bilinmir. Bələdiyyə fondu da toplanmır. Maliyyələri olmur deyə, bir iş görə bilmirlər. Qısası, bələdiyyələr səlahiyyətsiz qurum olaraq qalır. Bina tikən MTK-lar özləri MMC-lər yaradır, sakinlərdən kommunal xərclər toplayırlar. Bu məsələdə qaranlıq məqamlar var. Niyə, tutalım Xırdalanda bir qiymət olmalıdır, Saray qəsəbəsində başqa qiymət. Hesab edirəm ki, bu, MMC-lərin müstəqil qərarıdır, özləri qiymət təyin edir, özləri də ödənişi toplayır. Dövlət büdcəsinə nə qədər ödəniş edilir, bilinmir. Proses şəffaf olmalıdır, sakinlər nəyə, niyə ödəniş etdiklərini bilsinlər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri