Sarayda havanı çirkləndirən zavodla bağlı tədbir görüldü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı “İnam-2019” MMC-yə məxsus zavodda qaz-toz tutucu qurğunun quraşdırılması tam başa çatdırılmadığı üçün havaya normadan artıq tüstünün yayıldığı məlum olub.
Faktla bağlı akt tərtib edilib və MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.
Eyni zamanda zavodun fəaliyyətinin ekoloji qanunvericiliyin tələblərinə uyğun təşkili ilə bağlı MMC-yə “Ekoloji tələb” verilib.
Baxış sayı:120
Bu xəbər 10 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















