Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda hava çirkliliyi həssas əhali qrupları üçün təhlükəli səviyyəyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo fevralın 11-də dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhərdir. Belə ki, şəhərdə havanın keyfiyyət indeksi 213 olaraq qeydə alınıb. Sarayevo havanın keyfiyyət indeksinə görə təhlükəli və qeyri-sağlam olaraq təsnif edilib.
Hava çirkliliyi ilə əlaqədar ürək və tənəffüs orqanlarının xəstəlikləri olan insanlara vacib olmadığı təqdirdə evdən bayıra çıxmamaq tövsiyə olunub.
Mütəxəssislərin fikrincə, sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri şəhərdə havanın çirklənməsinin ən böyük səbəblərindəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















