Icma.az
close
up
RU
Sarı, narıncı və ya qırmızı təhlükə səviyyəsi: bildiriş rəngləri nə deməkdir?

Sarı, narıncı və ya qırmızı təhlükə səviyyəsi: bildiriş rəngləri nə deməkdir?

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Müasir iqlim müşahidə sistemində əhaliyə əlverişsiz hava hadisələri barədə xəbərdarlıq üçün rəngli bildiriş sistemi tətbiq olunur – sarı, narıncı və qırmızı. Hər bir rəng fərqli risk və təhlükə dərəcəsini göstərir və isti hava dalğaları, fırtına, külək, qar yağıntısı və ya leysan kimi hadisələrə aid edilir.

AZƏRTAC-ın məlumatına görə, sarı bildiriş xəbərdarlığın ən aşağı səviyyəsidir. Bu, proqnozlaşdırılan hava hadisəsinin ümumilikdə əhali üçün risk daşımadığını, lakin bəzi fəaliyyət növlərinə və ya xüsusilə həssas insanlara təsir göstərə biləcəyini bildirir. Məsələn, yüksək, amma ekstremal olmayan temperaturla müşayiət olunan isti hava dalğası və ya kiçik daşqın, habelə nəqliyyatda qısamüddətli fasilələrə səbəb ola biləcək lokal yağıntılar. Ehtiyatlı olmaq tövsiyə olunur, lakin adətən ciddi məhdudiyyətlər nəzərdə tutulmur.

Narıncı bildiriş; bu səviyyə əhəmiyyətli riskin mövcudluğunu nəzərdə tutur. Müşayiət edən hava hadisələri daha intensiv və ya genişmiqyaslı olur, ziyan vurmaq və ya gündəlik həyata təsir göstərmək ehtimalı yüksəkdir. Məsələn, sağlamlığa təsir göstərə biləcək çox yüksək temperatur, güclü küləklə müşayiət olunan fırtınalar və ya leysan yağışlar. Təlimatlara ciddi əməl etmək və mümkün fəsadlara və ya təhlükələrə hazır olmaq tövsiyə olunur.

Qırmızı bildiriş; ən yüksək səviyyədir və ekstremal riskdən xəbər verir. Gözlənilən hadisələr son dərəcə intensiv və təhlükəli olur, insanların, əmlakın və ya ətraf mühitin təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu, rekord istilər, güclü daşqınlara səbəb olan leysan yağışlar, infrastruktur üçün risk yaradan fırtınalar ola bilər. Qırmızı səviyyədə xəbərdarlıq elan edildikdə son dərəcə ehtiyatlı olmaq, zəruri olmayan səfərlərdən çəkinmək və hakimiyyətin tövsiyələrinə ciddi şəkildə əməl etmək vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri