Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə uyğun inşa edilib
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Ağdam rayonunun Sarıcalı kənd tam orta məktəbinin binası müasir tələblərə tam cavab verən səviyyədə inşa edilib.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə rayona ezam olunan media nümayəndələrinə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.
Leyla Sarabin xatırladıb ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışını etdiyi məktəb binası 360 şagird yerlikdir.
Bildirilib ki, 14 sinif otağı olan məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəb ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















