Sarıcalı sakini: Ağdamdan 13 yaşımda çıxmışdım, indi 5 uşaqla qayıdıram
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“13 yaşımda Ağdamdan çıxmışdım, indi isə 5 uşaqla geri qayıdıram”.
Bu sözləri APA-ya Böyük qayıdış çərçivəsində doğma torpaqlarına geri qayıdan Ağdam rayonunun Sarıcalı kənd sakini Qadir Əliyev bildirib.
“32 il sonra doğma el-obama qayıdıram. Sevincimin həddi-hüdudu yoxdur”, – deyə o vurğulayıb.
Digər Sarıcalı kənd sakini Elnur Əliyev də doğma torpaqlara böyük sevinc hissi ilə döndüyünü bildirib:
“Qəm-kədərlə çıxmışdıq, sevinclə qayıdırıq. Artıq həyatımıza doğma kəndimizdə davam edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin”, – deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:Keçmiş məcburi köçkün: 23 yaşında Ağdamdan çıxmışdım, indi 57 yaşında doğma yurduma qayıdıram
25 Dekabr 2025 09:19
Xanyurdu sakini: Mən Xocalıdan uşaq ikən çıxmışdım, indi öz övladlarımla geri qayıdıram
14 İyul 2025 07:41
Keçmiş məcburi köçkün: 29 yaşımda çıxmışdım, 61 yaşımda geri dönürəm
29 Oktyabr 2025 08:14
Xıdırlı sakini: 75 yaşımda doğma yurduma qayıdıram
27 Avqust 2025 06:59
Sarıcalı sakini: Ağdama qayıdış sıradan bir hadisə deyil
30 Aprel 2025 06:48
Baxış sayı:97
Bu xəbər 30 Aprel 2025 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















