Icma.az
close
up
RU
Sarımsağın gələn yayadək xarab olmadan saxlanması üçün SADƏ SİRR

Sarımsağın gələn yayadək xarab olmadan saxlanması üçün SADƏ SİRR

Icma.az, Lent az saytına istinadən bildirir.

Bir çox evdar qadınlar yaxşı bilirlər ki, sarımsağın yığımından cəmi bir neçə ay sonra cücərməsi və ya çürüməsi necə üzücüdür.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sadə bir üsul var ki, onun sayəsində bu ətirli tərəvəz gələn yayadək təzə qala bilər və bunun üçün nə mürəkkəb şərait, nə də soyuducu tələb olunur.

Saxlama üçün sarımsağın seçilməsi

Uzun müddətli saxlama üçün yalnız quru və sağlam sarımsaq yararlıdır.

Dişlərin bütöv, zədəsiz və ləkəsiz olması vacibdir. Ən yaxşısı qalın qabıqlı sortları seçməkdir, çünki onlar uzunmüddətli saxlamaya daha dözümlüdür.

Yağışsız hava

Təcrübəli bağbanlar payızda yağışlı havada sarımsağı yığmamağı məsləhət görürlər. Əgər yağışlar kəsilmirsə və toplamaq məcburidirsə, onda sarımsaq mütləq dezinfeksiyaedici məhlulla işlənməlidir.

Saxlamağa hazırlıq

Kəsilmiş gövdə və kökləri dərhal çıxarmayın onlar dişləri qurumaqdan qoruyur. Sarımsağı quru və havalanan yerdə asmaq, yaxud hörüb saxlamaq olar.

Vacibdir! Sarımsağı qızmar havada açıq günəş altında qurutmayın, çünki məhsulun yarısını itirmək olar.

Optimal şərait

Ən yaxşısı qaranlıq, sərin və quru yerdə saxlamaqdır. Temperatur 0 ilə 5 dərəcə arasında dəyişməlidir. Havanın rütubəti 60%-dən çox olmamalıdır, əks halda sarımsaq çürüyə bilər. Payızlıq sortlar üçün ideal temperatur 0–4 dərəcə, yazlıq sortlar üçün isə +16–20 dərəcədir.

Alternativ üsullar

Kağız paketlər və ya qutular. Sarımsağı hava keçirən kağız qablaşdırmaya qoyub sərin yerdə saxlamaq olar.

Qurutma və dondurma. Əgər asmaq mümkün deyilsə, sarımsağı qurudub təmizləyərək dondurmaq olar. O, həm dadını, həm də ətirini saxlayır.

Yağ və ya sirkə. Doğranmış sarımsağı yağda və ya sirkədə saxlamaq olar, lakin bu üsulla hazırlanan məhsul yalnız bir neçə ay ərzində yeməyə uyğundur.

Təcrübəli bağbanların sirri

Sarımsağı əvvəlcə axar suyun altında yuyun ki, torpaqla birlikdə bakteriyalar və göbələk sporları da təmizlənsin.

Xüsusi məhlul hazırlayın - 10 litr suya 1-2 qram manqan əlavə edin. Hər baş sarımsağı bu məhlula 15 dəqiqə batırmaq lazımdır. Sonra qurudulma mərhələsi gəlir. Əvvəlcə səhər günəşi altında 6 saatdan çox olmayaraq, temperatur 27–30 dərəcədən yüksək olmamalıdır. Sonra sarımsağı 5-7 gün kölgədə saxlayın. Ardınca isə 10-14 gün havalanan yerdə saxlamaq lazımdır.

Nələri yadınızda saxlamalısınız

Sarımsaq nə birbaşa günəşi, nə də artıq nəmliyi sevir. Ehtiyatınızı mütəmadi yoxlayın və zədələnmiş dişləri ayırın ki, çürük yayılmasın. Sadə üsul və düzgün şərait sayəsində sarımsaq gələn yayadək təzə və ətirli qalacaq. Yeməkləriniz dadlı olacaq, məhsul itkisi isə minimuma enəcək.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri