Sarkisyanı məhkəmədə sıxırlar
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan mayın 21-də məhkəmə qarşısına çıxıb.
Modern.az-ın məlumatına görə, Sarkisyan yeni cinayətdə ittiham olunub. İttiham Serj Sarkisyanın müdafiə naziri olduğu müddətə aiddir.
İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı başlanan cinayət işində Sarkisyana qarşı 18 epizod üzrə xüsusi külli miqdarda mənimsəmə, 2 epizod üzrə xüsusi külli miqdarda çirkli pulların yuyulması və 3 epizod üzrə yardım və şəriklik ittihamı irəli sürülüb.
Qeyd edək ki, üçüncü prezident müdafiə naziri olduğu illərdə imzaladığı 20 illik müqavilədə ittiham olunur. İttihama görə, Serj Sarkisyan İsakov prospektindəki bəzi torpaq sahələrini Ermənistanın ikinci prezidentinə məxsus “Toyota-Yerevan”a keçirmək üçün ucuz qiymətə satıb.
Sarkisyan həm də başqa cinayət işində dövlət büdcəsindən təxminən yarım milyard dramın oğurlanmasını təşkil etməkdə ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















