Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Şaron Eyal Bakıda: Rəqs ruhun yüksək modası kimi FOTO

Şaron Eyal Bakıda: Rəqs ruhun yüksək modası kimi FOTO

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onun estetikası Dioru heyran edir. Onun plastikası Givenchy-yə ilham verir. Onun quruluşları haqqında Vogue, The Guardian və Le Monde rəylər yazır. O, moda, balet, performans və musiqi ritualının qovşağında yaradır. Bu payız isə tarixdə ilk dəfə olaraq Şaron Eyal (Sharon Eyal) və onun L-E-V truppası Bakıda çıxış edəcək.

1 və 2 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2025-ci il Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində yeni quruluşda – artıq müasir xoreoqrafiyanın salnaməsinə çevrilmiş “Delay the Sadness” tamaşasının nümayişi keçiriləcək.

Rəqs vəhyə çevrilərkən

Şaron Eyal demək olar ki, mifik bir fiqurdur. Onun keçdiyi yolun arxasında İsrailin əfsanəvi Batsheva truppasında illərlə təcrübə, Ohad Naharin ilə əməkdaşlıq, özünün L-E-V rəqs şirkətini yaratması və dünyanın ən böyük teatr paytaxtlarına qastrol səfərləri dayanır. O, rəqsdə yeni bir dövrün səsidir, burada bədən təkcə hərəkət etmir, həm də düşünür, hiss edir və danışır.

Onun yaratdığı səhnələr sanki yerdən aralanaraq səmaya qalxır. Söhbət süjet yox, hisslər haqqındadır. İzahı mümkün olmayan, lakin unudulması da mümkün olmayan daxili vibrasiya haqqındadır. Bu, xoreoqrafiyanın, elektron musiqinin, işıqlandırma və fəlsəfənin birləşdiyi, vəhdət təşkil etdiyi bir tamaşadır.

“Delay the Sadness” - Şaron Eyal və onun şirkəti S-E-D (Qai Behar ilə birlikdə) tərəfindən hisslər arasındakı daxili fasilənin tədqiqi kimi yaradılmış yeni, dərin emosional əsərdir. Bu quruluş adət etdiyimiz hekayəni danışmır, əksinə, gərginlik, intizar və emosiyalar - sevgi, itki, arzu, müqavimətin qarşıdurması üçün məkan yaradır.

“Delay the Sadness” tamaşasında rəqqaslar sinxron hərəkətlərlə başlayıb tədricən ayrılırlar: kollektiv hərəkət parçalanaraq, yerini fərdi impulslara verir. Onun musiqi partnyoru, bəstəkar Yozef Laymon, sanki dinləyicinin daxilində döyünən soundtrack yaradıb. Kostyumlar sadədir, musiqi ciddi və heyranedicidir, səhnə məkanı tez-tez işıq və kölgənin oyununda əriyir, tamaşaçıda sadəcə tamaşanı müşahidə etmək deyil, emosiyalar içərisində olduğu hissini doğurur.

Əsas motivlərdən biri - kədərin təxirə salınmasıdır: bu, bədənin ağrıya dözmə qabiliyyəti, onu dərhal buraxmaması, zərbə ilə bədənin reaksiyası arasındakı o saniyəni yaşamaq. Tamaşanın gücü də elə məhz bu “arada" gizlənir.

“Delay the Sadness” tamaşasının Azərbaycanda nümayişi – dünya miqyaslı premyeradır. Yalnız iki gün. Yalnız Bakıda. Bu, şəhərin sakinləri və qonaqları üçün ilk dəfə Almaniyanın Bohum şəhərində alqışlarla qarşılanan tamaşaya baxmaq üçün müstəsna fürsətdir və indi bizim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onu bir daha seyr etmək imkanımız var.

Bakı səhnəsi Eyalın marşrutunda nadir Şərq adasıdır. Bu şərəfdir, etimaddır, Bakının qlobal mədəni kontekstə qədəm qoyduğuna işarədir.

Tamaşanın mükəmməl işlənmiş estetikası Akademik Milli Dram Teatrının məkanını yeni, müasir və güclü enerji ilə dolduracaq.

? 1 və 2 noyabr 2025-ci il
? Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

? Biletlər 15 AZN-dən başlayaraq, artıq BİAF.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri