Satanda bir manat belə itirməyəcəksiniz Bu qızılı alın
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bazarlarda qızıl küləyi yenidən güclənib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ilə bağlı gözləntilər fonunda qram qızıl yüksəliş trendinə keçib. Yığımını "təhlükəsiz liman”da dəyərləndirmək istəyənlərin isə ən böyük narahatlığı qızılı satarkən yaranan itkilərdir.
Bəs alarkən və satarkən dəyərini ən yaxşı qoruyan qızıl hansıdır?
Bir çox kiçik investor qızıl alarkən alış və satış qiymətləri arasındakı fərqi nəzərə almadığı üçün sonradan ciddi itkilərlə üzləşə bilir.
Qızıl sektorunda illərdir tətbiq olunan qaydaya görə, satış zamanı işçilik xərci yaratmayan qızıl növləri paketlənmiş qram qızıl və kiçik ölçülü külçə qızıllardır.
Üzük, bilərzik və digər zinət əşyalarında məhsulun hazırlanmasına görə işçilik haqqı qiymətə əlavə olunur. Buna görə də həmin qızılı satarkən alış qiyməti ilə müqayisədə nəzərəçarpacaq məbləğdə fərq yarana bilər.
Standart külçə və ya sertifikatlı qram qızılda isə işçilik xərci, demək olar ki, yoxdur. Bu səbəbdən məqalədə bu məhsulların satış zamanı dəyər itkisini minimuma endirən seçim olduğu bildirilir.
Məqalədə qeyd olunan son qiymətlərə görə, uns qızıl günə 4 605 dollar səviyyəsində başlayıb.
Gün ərzində 4 600 dollara qədər geriləyən qiymət daha sonra toparlanaraq 4 643 dollara yüksəlib və son olaraq 4 619 dollar ətrafında olub.
///Musavat.com///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 27 Avqust 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















