Icma.az
close
up
RU
Satış obyektlərində minlərlə saxta alkoqollu içkilər aşkarlandı ADLAR+SİYAHI

Satış obyektlərində minlərlə saxta alkoqollu içkilər aşkarlandı ADLAR+SİYAHI

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin iyul - avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müxtəlif sahibkarlıq subyektlərində həyata keçirdiyi əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlayaraq dövriyyədən çıxarıb.

"AzPolitika" quruma istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Abşeron rayonu, Xırdalan şəhərində Bağırov Asif Vasil oğluna məxsus satış obyekti və anbarında 1 491 ədəd, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Osmanov Kamran Mair oğlunun və Rəsulov Orxan Valeh oğlunun satış obyektlərində müvafiq olaraq 383 və 169 ədəd, Qusar rayonunda "P1ONEER" MMC-yə aid anbarda və Aydınov Fətulla Abdulla oğluna məxsus satış obyektində müvafiq olaraq 3 012 və 608 ədəd, Göyçay rayonunda isə Məmmədov Elvin Əlövsət oğluna məxsus satış obyektində 49 ədəd olmaqla ümumilikdə 6 552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq götürülüb.

Bundan başqa, paytaxtın Maştağa qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri zamanı Rəhimov İsrafil Əvəz oğlu və Məmişov Elgün Əlixan oğlunun kustar üsulla alkoqollu içki istehsalı ilə məşğul olduqları və həmin məhsullara saxta aksiz markaları tətbiq etdikləri aşkarlanıb. Keçirilmiş əməliyyat təbdiri zamanı 12 700 ədəd saxta aksiz markası, saxta aksiz markaları ilə markalanmış 2 604 ədəd alkoqollu içki, həmçinin alkoqollu içki istehsalı prosesində istifadə olunan avadanlıq, xammal və digər mallar aşkar edilərək götürülüb.

"Aksiz markalarının tətbiqi bu sahədə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə fiskal nəzarətin təmin edilməsi ilə yanaşı, həm də ictimai sağlamlığın qorunması, mənşəyi məlum olmayan, keyfiyyətsiz və insan həyatı üçün təhlükə yaradan məhsulların istehlak bazarından çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunan hüquqpozmaların qarşısının alınması məqsədilə genişmiqyaslı vergi nəzarəti tədbirləri bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək və qanunsuz fəaliyyət göstərən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri tədbirləri görüləcək", - deyə məlumatda qeyd olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri