Icma.az
close
up
RU
Satışda zəhərli uşaq paltarları aşkarlandı “Azərenerji” rəhbərinin oğlu...

Satışda zəhərli uşaq paltarları aşkarlandı “Azərenerji” rəhbərinin oğlu...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azur" Ticarət Mərkəzi insanların həyat və sağlamlığına təhlükə törədən fəaliyyətlə məşğuldur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyi tərəfindən məlumat verilib. 

Məlumata görə, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC arasındakı qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq səviyyəyə gəlib çatıb.

Məsələdə MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlunun da adı hallanır. Belə ki bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün  sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli olan maddələrin təsirinə məruz qalmış paltarı  anbardan çıxarıb satmaq qərarına gəliblər. 

Məlumatda qeyd olunur ki, “Azur”un rəhbəri olan Fuad Rzayev (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb. 

O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini  pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz  şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər. 

“Azad İstehlakçılar” İB tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb. 

Qeyd edilib ki, 8 aprel 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan geyim əşyalarının yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair rəsmi ekspert rəyini təqdim etməklə  bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən beynəlxalq razılaşma əsasında istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib. 

Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 2023-cü ildə sınaq protokolu ilə  təsdiq edib. 

Bu faktdan sonra növbəti mərhələyə əl atılıb. Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi  ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair ekspert  rəyi verib. 

Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir-birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual doğurur. 

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə qətnamə çıxarıb. Sonradan Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən  və  məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial məhkəmə işinin materialları arasından yoxa çıxıb. AİİB-ə təqdim olunan məlumata görə,  bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir. 

Verilən məlumatda  o da qeyd olunur ki, bu  işdə  yeni fiqurlar ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar   paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o  sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Səhiyyə Nazirliyinə  rəsmi müraciətlər göndərib. Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see250

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see220

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see207

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see205

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see204

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see166

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see153

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see151

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see144

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see141

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see138

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see133

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see130

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see129

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see129

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see128

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see128

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri