Icma.az
close
up
RU
“Savaş durmayacaq, sülh prosesi hələlik real deyil” Ekspertdən Ukrayna AÇIQLAMASI

“Savaş durmayacaq, sülh prosesi hələlik real deyil” Ekspertdən Ukrayna AÇIQLAMASI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiya Prezidenti Vladimir Putin əslində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək istəmir, buna görə də onu Moskvaya dəvət edir".

Bu fikirləri Redaktor.az-a Rusiya-Ukrayna münasibətlərindən danışan politoloq Əli Mustafa bildirdi.

Onun sözlərinə görə, Rusiya tərəfi sonradan müəyyən izahatlar verməyə çalışdı, amma Ukraynanın qənaəti budur ki, Rusiya görüşmək istəsə, bunun üçün kifayət qədər imkan və platforma var:

"Sadəcə olaraq Rusiya atəşkəsin və müharibənin dayandırılmasını istəmir, buna görə də belə görüşlərdən yayınır. Hələlik bütün danışıqlara və polemikalara baxmayaraq, mən də hesab edirəm ki, Rusiya–Ukrayna münaqişəsi dayanmayacaq. Sülh danışıqları və atəşkəs üçün əlverişli şərait yoxdur. Ukrayna tərəfi danışıqlara və atəşkəsə hazır olduğunu bildirir, amma Rusiya buna razı deyil. Ola bilsin, Moskva savaşın davamı ilə uğur qazanacağını və ya Ukraynanı daha ciddi güzəştlərə məcbur edə biləcəyini düşünür. Amma sahədə vəziyyət Rusiyanın da xeyrinə deyil. Bir tıxanma var: nə Rusiya irəliləyə bilir, nə də Ukrayna işğal altındakı ərazilərini azad edə bilir. Beləliklə, döyüşlər bir növ baş-başa gedir. Ukrayna artıq Rusiyaya müqavimət göstərir, bərabər güc kimi çıxış edir və öz ərazilərini qoruyur. Bu gün tərəflər nə irəli gedir, nə də geri çəkilmək istəmirlər. Ona görə də savaş indiki qaydada davam edəcək. Qarşıdakı mərhələdə hansı tərəf üstünlük qazanarsa, digərini güzəştə getməyə məcbur edəcək. Hələliksə belə bir istək və həvəs yoxdur. Mənim qənaətimcə, sülh prosesindən danışmaq hələ tezdir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri