Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Savaş səngimir, qarşılıqlı ittihamlar artır

Savaş səngimir, qarşılıqlı ittihamlar artır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qardaş Türkiyə üçüncü dəfə hədəfə alınıb

Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda İrandan Türkiyə istiqamətinə növbəti – üçüncü ballistik raketin buraxılması gündəmi daha da qızışdırıb. Beləliklə, ötən şənbə və bazar günləri, eləcə də dünən dünya mediasının, münaqişə tərəflərinin və kənar rəsmilərin hərbi qarşıdurma və konkret hadisələrlə bağlı xəbər, açıqlama və mövqelərini diqqətinizə çatdırırıq.

“Anadolu Agentliyi”: Hakan Fidan banqladeşli həmkarı Xəlilur Rəhman ilə mətbuata birgə bəyanatında deyib ki, İranın martın 13-də Türkiyəyə raket hücumundan sonra iki ölkə arasında təmaslar artıb. O, həmçinin əlavə edib ki, bu savaş dərhal dayandırılmalı və tərəflər danışıqlar masasına qayıtmalıdır: “İsrailin bölgədə yürütdüyü siyasətə göz yummaq olmaz. Netanyahu (İsrailin baş naziri – red.) hökumətinin İordan çayının Qərb sahilində apardığı siyasət problemin ikidövlətli həllinə qarşıdır”.

“Azərbaycan XİN”: Martın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. Nazir C.Bayramov Türkiyənin ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib.

“CNN”: ABŞ administrasiyası hələ də İranın Minab şəhərindəki qızlar məktəbinə zərbə endirilməsinin səbəbləri barədə hərtərəfli anlayışa malik deyil. Bu barədə Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens Şimali Karolina ştatına səfəri zamanı bildirib: “Hesab edirəm ki, orada nə baş verdiyini hələ tam aydınlaşdırmamışıq. Biz araşdırmanı sona çatdırmalıyıq. Elə deyilmi? Hər hansı addım atmazdan əvvəl baş verənləri, həqiqətən, anlamaq lazımdır”.

“Al Hadath”: İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahının binası İsrail və ABŞ Silahlı Qüvvələrinın havadan endirdiyi zərbələr nəticəsində ciddi dağıntılara məruz qalıb. Məlumata görə, tikili, demək olar ki, tamamilə məhv edilib.

“IRNA”: İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İsrailin hücumlarından sonra əhaliyə xidmətlərdə fasilə yaranmayıb: “15 günlük qəddar müharibədən sonra nəqliyyat, rabitə və s. ilə bağlı problemlərə baxmayaraq, əhaliyə xidmətlərin göstərilməsində ciddi fasilələr olmadı”.

“BBC”: İsrail Müdafiə Qüvvələrinin (İMQ) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin CNN telekanalına bildirib ki, İsrailin İrana qarşı hərbi əməliyyatı azı daha üç həftə davam edəcək: “Qarşımızda minlərlə hədəf var. Biz müttəfiqimiz ABŞ ilə koordinasiyalı şəkildə, ən azı yəhudilərin Pasxa bayramınadək, indidən başlayaraq təxminən üç həftəlik nəzərdə tutulan planları həyata keçirməyə hazırıq və ondan sonrakı daha üç həftə üçün də əsaslı planlarımız var”.

Martın 16-da da hərbi əməliyyatlar intensiv şəkildə davam edib.

“Financial Times”: Tramp deyib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-a kömək etməsələr, NATO-nu "çox pis gələcək" gözləyir: “Əgər Hörmüz boğazındakı səylərə qoşulmaq çağırışına cavab gəlməsə və ya bu cavab mənfi olsa, düşünürəm ki, bu, NATO-nun gələcəyinə çox pis təsir edəcək”.

“Israel Defence Forces”: İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasına qarşı mübarizə məqsədilə Livanın cənubunda məhdud hərbi əməliyyat keçirdiyini bəyan edib. Bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında bildirilib: “İsrail Müdafiə Ordusunun qoşunları Livanın cənubunda "Hizbullah"ın məntəqələrinə qarşı məhdud və məqsədyönlü quru əməliyyatlarına başlayıb”.

“Times of Israel”: İsrail Hərbi Hava Qüvvələri Tehranda "Mehrabad" hava limanında İranın keçmiş lideri Əli Xamenei və yüksəkrütbəli məmurların istifadə etdiyi təyyarəni məhv edib. Məlumata görə, təyyarə Əli Xameneinin, eləcə də İranın digər yüksək vəzifəli rəsmiləri və hərbçilərinin sərəncamında olub. Ondan həm daxili, həm də hərbi satınalmalar və müttəfiq dövlətlərlə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı beynəlxalq uçuşlar üçün istifadə edilirdi.

“SNN”: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki "Əd-Dəfra" ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib. Məlumata görə, bazada güclü partlayış baş verib, nəticədə, ABŞ hərbçiləri qırıcıları həmin bazadan çıxarıb başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar.

“Avropa Komissiyası”: Avropa İttifaqı (Aİ) Yaxın Şərq ölkələrinə humanitar yardımın ayrılacağını elan edib: “Biz Fələstin, Livan, Suriya, İordaniya və Misir əhalisinə dəstək məqsədilə 458 milyon avroluq humanitar yardım ayırırıq. Heç kimin diqqətdən kənarda qalmaması üçün beynəlxalq humanitar hüquq normalarına riayət etməyə və tərəfdaşlarımızla əməkdaşlığa əvvəlki kimi sadiqik”.

“Reuters”: Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanında neft yükləmə əməliyyatları ötən gün pilotsuz uçuş aparatının hücumundan sonra dayandırılıb. Agentlik qeyd edir ki, bu, son 3 gün ərzində Füceyrəyə ikinci PUA hücumudur.

“Axios”: ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasındakı neft infrastrukturunun nəzarətə götürülməsi üzrə hərbi əməliyyatın keçirilməsi variantını nəzərdən keçirir. Qeyd olunub ki, bu plan quru hərbi əməliyyatın aparılmasını tələb edəcək. Portal bildirib ki, dövlət başçısı əgər tanker gəmiçiliyi Fars körfəzi akvatoriyasında bloklanmış vəziyyətdə qalmaqda davam edərsə, belə bir addım atmağa qərar verə bilər.

“Politico”: Avropa diplomatiyasının rəhbəri Kaya Kallas gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsini son dərəcə vacib hesab edir. Kallas bunu Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib: “Hazırda Hörmüz boğazının açıq qalması bizim maraqlarımıza uyğundur və məhz buna görə də bu istiqamətdə nə edə biləcəyimizi müzakirə edirik”. Onun sözlərinə görə, Yaxın Şərqdəki ASPIDES missiyası faktiki olaraq Hörmüz boğazı ilə bağlı səylərə cəlb oluna bilər və onun mandatının dəyişdirilməsi üçün üzv ölkələrin razılığı lazımdır.

“Japan Today”: Yaponiya hökuməti hazırda Hörmüz boğazı akvatoriyasında patrul xidməti aparmaq üçün öz Hərbi Dəniz Qüvvələrinin göndərilməsi variantını nəzərdən keçirmir. Bunu Yaponiya müdafiə naziri Şinciro Koizumi parlament debatları çərçivəsində çıxış edərkən bildirib.

“ARD”: Almaniya Hörmüz boğazında ticarət gəmilərinin qorunması üzrə mümkün beynəlxalq missiyada iştirak etmək niyyətində deyil. Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful telekanala müsahibəsində bildirib: "Biz tezliklə bu münaqişənin fəal iştirakçısı olacağıqmı? Xeyr".

“The Guardian”: Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib ki, Hörmüz boğazının açılması əməliyyatı NATO çərçivəsində həyata keçirilməyəcək: “Biz Hörmüz boğazının blokadadan çıxarılması istiqamətində digər ölkələrlə işləyirik. İcazə verin aydınlıq gətirim: bunun NATO missiyası çərçivəsində ediləcəyi heç vaxt nəzərdə tutulmayıb. Bu, tərəfdaşlar alyansı olmalıdır. Buna görə biz həm Avropa, həm də Fars körfəzi ölkələrindəki tərəfdaşlarla və ABŞ ilə işləyirik”.

“CENTCOM”: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper bildirib ki, İran donanmasının 100-dən çox gəmisi məhv edilib. O, prosesin hələ yekunlaşmadığını vurğulayıb.

“RİA Novosti”: Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, İran üzərinə hücum planlaşdıran ölkələr onu 24 saat ərzində ələ keçirməyi düşünürdülər. Nazirin sözlərinə görə, indi həmin ölkələr nə qədər səhv etdiklərini anlayırlar.

“ISNA”: İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran atəşkəs üçün heç bir müraciət etməyib. Əraqçi, həmçinin qeyd edib ki, İran müqavimət göstərməyə davam edəcək: “Bu müharibə elə bitməlidir ki, düşmənlər bir daha İrana təcavüz etmək fikrinə düşməsinlər”.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:542
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 02:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri