Icma.az
close
up
RU
Şavkat Mirziyoyev bu dəhlizin işə salınmasını alqışladı

Şavkat Mirziyoyev bu dəhlizin işə salınmasını alqışladı

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin işə salınmasını alqışlayıb və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı ilə birləşdirilməsi məsələsini işləyib hazırlamağı təklif edib.

Bakıvaxtı.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu bəyanat Şavkat Mirziyoyevin Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı səsləndirilib.

Tərəflər nəqliyyat-tranzit əməkdaşlığının gücləndirilməsini və bu sahədə iki ölkənin potensialından tam istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər. Özbəkistan yüklərinin daşınmasında "Poti" və "Batumi" limanlarının infrastrukturundan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Eyni zamanda, sənaye zonası və Özbəkistan məhsullarının şourumu olan logistika habının yaradılması planları dəstəklənib.

Nəqliyyat gündəliyindən əlavə, Ş.Mirziyoyev və İ.Kobaxidze ticari-iqtisadi, investisiya, sənaye, turizm və mədəni-humanitar əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

Danışıqların yekunlarına əsasən, tərəflər yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması, ticarət sahəsindəki disbalansın aradan qaldırılması və məhsulların qarşılıqlı tədarükünün genişləndirilməsi üzrə ayrıca "yol xəritəsi" hazırlamaq barədə razılığa gəliblər.

Bundan əlavə, aqrar, enerji, elektrotexnika, əczaçılıq, qida və yüngül sənaye, tikinti materiallarının istehsalı, rəqəmsallaşdırma, İT, rəqəmsal bankçılıq və turizm sahələrində yeni birgə layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunub. Layihə təşəbbüslərini dəstəkləmək üçün birgə investisiya fondunun yaradılması təklif edilib.

Eyni zamanda, Gürcüstanda Özbəkistan səfirliyinin təsis edilməsi barədə qərar qəbul olunub. Danışıqların yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair birgə "Yol Xəritəsi" hazırlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyul 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri