Şavkat Mirziyoyev bu tarixdə Azərbaycana gələcək
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 6–7 oktyabrda Azərbaycana işgüzar səfər edəcək. Məlumata görə, dövlət başçısı Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti sammitində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Prezident Mirziyoyevin sammitin əsas tədbirlərində çıxış edəcəyi, eləcə də təşkilata üzv ölkələrin liderləri ilə bir sıra ikitərəfli görüşlərinin planlaşdırıldığı qeyd olunur.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Bizim.Media

