Icma.az
close
up
RU
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Gununsesi.info  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Sizi və Sizin vasitənizlə qardaş Azərbaycan xalqını şanlı bayramınız – Zəfər Günü münasibətilə ürəkdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Dörd il əvvəl öz xalqının Sizin kimi sadiq oğlu, dahi, vətənpərvər, mahir siyasi xadim və görkəmli şəxsiyyətin rəhbərliyi ilə ölkənizin ərazi bütövlüyü tamamilə bərpa edildi və tarixi ədalət bərqərar oldu.

Azərbaycanın azad edilmiş şəhər və kəndlərində bu gün genişmiqyaslı bərpa işləri aparılır, müasir infrastruktur obyektləri və mədəni irs məkanları yenidən qurulur, minlərlə keçmiş məcburi köçkün vətəndaş doğma yurdlarına qayıdır, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş yeni proqramlar və iqtisadi-sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir.

Bu böyük dəyişikliklərə bir neçə dəfə şahid olmaqdan qürur duydum və rəsmi səfərlərim zamanı Sizinlə bu nailiyyətləri paylaşdım. Şübhəsiz ki, biz ortaq dil, tarix, adət-ənənələr və ümumi məqsədlərimizə sadiq qalaraq birgə işləyirik və strateji tərəfdaş kimi qardaş Azərbaycan dövlətinin bu böyük uğurlarına sonsuz sevinirik.

Hörmətli İlham Heydər oğlu, ölkənizin beynəlxalq arenada nüfuzunu və mövqeyini gücləndirmək istiqamətində göstərdiyiniz qətiyyətli siyasi iradə və sistemli səyləriniz xüsusi tərifə layiqdir.

Gələn həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaliğə olmaz.

Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının “yaşıl iqtisadiyyata” keçidi ilə bağlı təşəbbüslərinin daha da artması istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir.

Tədbir zamanı keçiriləcək yüksək səviyyəli görüşlərdə məhsuldar danışıqlarımızı, çoxtərəfli əməkdaşlıq üzrə yeni razılaşmalarımızı səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək, Sizi Zəfər Günü münasibətilə bir daha ürəkdən təbrik edir, Allahdan Sizə və bütün yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, Vətəninizin rifahı yolunda gördüyünüz işlərdə uğurlar arzulayıram, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və daimi inkişaf diləyirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri