Şavkat Mirziyoyev özbək əlifbasını dəyişdirdi
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikalı özbək əlifbasına dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva məlumat yayıb. Qanunun imzalanması oktyabrın 21-də – Özbək Dili Günündə elan olunub.
Dəyişikliklərə əsasən, “Sh” birləşməsi “Ş”, “Ch” – “Ç”, “Oʻ” – “Ö”, “Gʻ” isə “Ğ” ilə əvəzlənir. “Ng” birləşməsi əlifbadan ayrıca vahid kimi çıxarılır. Beləliklə, yenilənmiş əlifba 28 hərf və bir apostrofdan ibarət olacaq.
Səidə Mirziyoyeva bildirib ki, məqsəd yazı sistemindəki çatışmazlıqları aradan qaldırmaq və özbək dilinin rəqəmsal mühitdə istifadəsini asanlaşdırmaqdır. Mövcud sənədlər, milli valyuta və qiymətli kağızlar qüvvədə qalacaq. Dərsliklər, lövhələr və göstəricilər mərhələli şəkildə yenilənəcək.
Məktəblərdə yeni əlifbaya keçidə 2027-ci ildə birinci siniflərdən başlanılması, dərsliklərin tam yenilənməsinin isə 2031-ci ilədək başa çatdırılması planlaşdırılır.
Baxış sayı:32
Bu xəbər 21 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















