Icma.az
close
up
RU
Şavkat Mirziyoyev: Özbəkistanla Çinin ticarət dövriyyəsi 14 milyard dollardan çoxdur

Şavkat Mirziyoyev: Özbəkistanla Çinin ticarət dövriyyəsi 14 milyard dollardan çoxdur

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də Pekində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında rəsmi nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə danışıqlar aparılıb.

AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, görüş zamanı Özbəkistan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və praktiki əməkdaşlığın artırılması məsələləri müzakirə edilib.

Görüşün əvvəlində Şavkat Mirziyoyev Qələbənin 80 illiyi, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitinin tədbirlərinin uğurla keçirilməsi münasibətilə Çinin rəhbərini səmimi-qəlbdən təbrik edib. Özbəkistan Prezidenti Si Cinpinin qlobal idarəçiliklə bağlı təşəbbüsünün vaxtında və aktual olduğunu bir daha vurğulayıb.

Özbəkistanın “Vahid Çin” siyasətinin dəstəklənməsi və “üç şər qüvvə” – terrorizm, ekstremizm və separatizmlə mübarizə məsələlərində sarsılmaz mövqeyi təsdiqlənib.

Qeyd olunub ki, iqtisadi-ticari, texnoloji və maliyyə-investisiya əməkdaşlığı dinamik inkişaf edir. Ötən il ticarət dövriyyəsi 14 milyard dolları ötüb, ilin əvvəlindən isə daha 23 faiz artıb. Sənaye və kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü hesabına qarşıya bu rəqəmi 20 milyard dollara çatdırmaq vəzifəsi qoyulub. İnvestisiya layihələrinin portfeli 60 milyard dolları ötür. 2024-cü ildə dəyəri 10 milyard dollardan çox olan 64 layihənin icrasına başlanılıb. Özbəkistanın regionlarında müştərək texnoparklar və xüsusi sənaye zonaları fəaliyyət göstərir, BYD elektromobillərinin istehsalı lokallaşma səviyyəsinin yüksəlməsi ilə genişlənir.

Səfər ərəfəsində Çin-Özbəkistan biznes forumu uğurla keçirilib. Yaşıl enerji və enerji səmərəliliyi, ictimai nəqliyyatın modernləşdirilməsi və rəqəmsallaşdırılması, ödənişli yolların tikintisi, mühüm faydalı qazıntıların dərin emalı, eləcə də kimya, su və kənd təsərrüfatı, turizm və şəhərsalma sahələrində perspektivli layihələr hazırlanıb. İnnovativ layihələrin təşviqi və mütəxəssislərin hazırlanması üçün süni intellektin inkişafı üzrə Özbəkistan-Çin Mərkəzinin yaradılması təklif olunub. Eyni zamanda, Çin-Qırğızıstan-Özbəkistan strateji dəmir yolunun tikintisinin praktiki mərhələsinin başlanması məmnunluqla qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri