Şavkat Mirziyoyev və Donald Tramp strateji tərəfdaşlığın prioritetlərini müzakirə etdi
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında danışıqlar olub.
Teleqraf xəbər verir ki, görüş BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası çərçivəsində BMT-nin mənzil-qərargahında baş tutub.
Liderlər Özbəkistan-ABŞ strateji tərəfdaşlığının daha da genişləndirilməsi üçün aktual məsələləri və prioritetləri ətraflı müzakirə ediblər.
Regional və qlobal əhəmiyyətli aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb. Bu il sentyabrın 5-də keçirilmiş telefon danışığı zamanı əldə olunmuş razılaşmaların icrasına baxılıb.
Söhbətin əvvəlində Şavkat Mirziyoyev Donald Trampı daxili və xarici siyasətin həyata keçirilməsində yüksək nailiyyətləri münasibətilə təbrik edib. Onun beynəlxalq və regional miqyasda kəskin münaqişələrin sülh yolu ilə həllinə şəxsi töhfəsi və səyləri xüsusi qeyd olunub.
ABŞ lideri də Özbəkistanda iqtisadiyyatın modernləşdirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş dönməz islahatları dəstəkləyib.
Müxtəlif səviyyələrdə siyasi dialoq və mübadilənin sürətlə inkişaf etdiyi, işgüzar əlaqələrin daha da fəallaşdığı böyük məmnunluqla qeyd olunub.
ABŞ prezidenti ötən gün Özbəkistan liderinin ABŞ-nin 50-dən çox iri şirkət və banklarının rəhbərləri ilə keçirdiyi görüşlərin və danışıqların səmərəli nəticələrini yüksək qiymətləndirib.
Danışıqların sonunda Şavkat Mirziyoyev Donald Trampı onun üçün əlverişli vaxtda Özbəkistana rəsmi səfərə dəvət edib.
Baxış sayı:42
Bu xəbər 24 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















