Şavkat Mirziyoyevdən Nyu Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dünyanın ən böyük aviasiya və kosmonavtika şirkətlərindən biri olan “Boeing Global”ın prezidenti Brendan Nelson ilə Nyu-Yorkda keçirdiyi görüşdə tərəflər arasında imzalanan sənədin əhəmiyyətini vurğulayıb.
Bizim.Media UZA informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan Hava Yolları bu şirkətlə təyyarələrin tədarükünə dair ən böyük müqaviləsini imzalayıb.
Sənəddə dəyəri 8 milyard dollardan çox olan 22-yə qədər “Boeing 787 Dreamliner” laynerinin tədarükü nəzərdə tutulur. Müqavilə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində imzalanıb. Paketə 14 təyyarə və daha səkkiz təyyarə üçün seçim daxildir. ABŞ Ticarət Departamentinin məlumatına görə, sövdələşmə 8,5 milyard dollar dəyərindədir və Mərkəzi Asiyada bu tipli ən böyük müqavilədir. O, həmçinin ABŞ-da təxminən 35 min iş yerinin yaradılmasını dəstəkləyəcək.
“Bloomberg” agentliyi xəbər verir ki, Özbəkistan bu müqavilə ilə yerli aviadaşıyıcının tarixində ən böyük tədarükü həyata keçirəcək və ölkənin aviasiya ekosistemini inkişaf etdirmək istiqamətində mühüm mövqeyə sahib olacaq.
Bizim.Media
Baxış sayı:56
Bu xəbər 23 Sentyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















