SAXAL: ABŞ Fordo obyektinə zərbəni İsrail ordusu ilə koordinasiyalı şəkildə həyata keçirib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ ordusu İranın Fordo nüvə obyektinə endirilən zərbəni İsrail Müdafiə Ordusu (SAXAL) ilə koordinasiyalı şəkildə həyata keçirib, lakin əməliyyatın təşəbbüskarı birbaşa ABŞ olub.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın nümayəndəsi Avixay Edri məlumat yayıb.
"Fordo obyektinə atəş açılması ABŞ ordusunun əməliyyatı idi. Şübhəsiz ki, bu, İsrail Müdafiə Ordusu ilə koordinasiya çərçivəsində həyata keçirilib, lakin əməliyyat tam şəkildə ABŞ-yə məxsusdur", - deyə o bəyan edib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. İyunun 24-də atəşkəs qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 İyun 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















